...

Azərbaycanın mobil rabitə operatoru yeni ödəniş kartlarını dövriyyəyə buraxır

Cəmiyyət Materials 28 Fevral 2013 10:26 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Bakcell” MMC martın birindən yeni ödəniş kartlarını dövriyyəyə buraxacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.
Azərbaycanın mobil rabitə operatoru yeni ödəniş kartlarını dövriyyəyə buraxır

Azərbaycan, Bakı, 28 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru "Bakcell" MMC martın birindən yeni ödəniş kartlarını dövriyyəyə buraxacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı şirkətin yaydığı məlumatda deyilir.

Yeni kartların üstünlüyü ondadır ki, "Bakcell" şəbəkəsinin bütün abonentləri (CIN, KLASS və Gold) onların köməyi ilə balans yükləyə biləcəklər.

Məlumata görə, kartlar bir, iki, beş, 10, 20 və 50 manat nominalında buraxılacaq. Abonentlər habelə şirkətin qüvvədə olan skretç-kartların köməyi ilə balansı doldura biləcəklər. CIN abonentləri və yeni KLASS anonentləri üçün kartların istifadə müddəti aşağıdakı kimi müəyyən olunub: bir manatlıq kartlar - 10 gün, iki manatlıq - 25 gün, beş manatlıq - 90 gün. 10, 20 və 50 manatlıq kartların istifadə müddəti isə 150 gündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti