...

Son 10 il ərzində 124 mindən çox insan Türkiyə vətəndaşlığını qəbul edib

Cəmiyyət Materials 11 Mart 2013 11:03 (UTC +04:00)
10 il ərzində 124 mindən çox insan Türkiyə vətəndaşlığını qəbul edib.
Son 10 il ərzində 124 mindən çox insan Türkiyə vətəndaşlığını qəbul edib

Azərbaycan, Bakı, 11 mart, / Trend, müxbir A. Tağıyeva/

10 il ərzində 124 mindən çox adam Türkiyə vətəndaşlığını qəbul edib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi "Press Türk" qəzeti Türkiyənin daxili işlər naziri Müəmmər Gülərin çıxışına istinadən xəbər yayıb.

Türkiyə vətəndaşlığını qəbul edənlərin siyahısında birinci yeri Bolqarıstan vətəndaşları (44 mindən çox) tutur. Daha sonra isə 15 min nəfərdən çox vətəndaşla Azərbaycan gəlir.

Son 10 il ərzində Türkiyə vətəndaşlığını qəbul edənlərdən 7 mindən çoxu Rusiya, 6 mindən çoxu Əfqanıstan və 3 mindən çoxu Suriya vətəndaşı olub.

Bundan başqa, 10 il ərzində 354 min nəfər Türkiyə vətəndaşlığından imtina edib və ya məhrum (8 min nəfər) edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti