...

Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir

Cəmiyyət Materials 14 Mart 2013 15:21 (UTC +04:00)
Qaradağ rayonunun Sahil qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir. Bu proqramın məqsədi uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə sərbəst idarə etməsi üçün imkanlar yaratmaqdır.
Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir

Azərbaycan, Bakı, 14 mart /Trend/

Qaradağ rayonunun Sahil qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası proqramı həyata keçirilir. Bu proqramın məqsədi uşaqların bacarıqlarını üzə çıxararaq, özlərini gələcəkdə sərbəst idarə etməsi üçün imkanlar yaratmaqdır. Mərkəzdə psixoloji və fiziki reabilitasiya və cəmiyyətə inteqrasiyası üçün sosial-psixoloji və səhiyyə xidmətləri ilə bərabər inkluziv təhsil sistemi də icra olunmaqdadır.

Proqram "Müşfiq" Əlil Uşaqlara Yardım İB və "Holcim" (Azərbaycan) şirkəti tərəfindən Sahil qəsəbəsində 10 il davamlı olaraq birgə həyata keçirilir. Proqram çərçivəsində xalçaçılıq və kiçik nəşriyyat işləri daxil olmaqla uşaqlar üçün bir neçə peşə təlimləri təşkil olunur. Azərbaycanda yeganə olaraq tətbiq edilən PORTEC reabilitasiya avadanlığı vasitəsilə uşaqların əlillik dərəcəsinin azalmasına erkən müdaxilə də həyata keçirilir. Bununla yanaşı, sosial və psixoloji işlərin tərkib hissəsi olaraq, 11 istiqamət üzrə terapevtik xidmətlər göstərilməkdədir. Hər ilin yekununda olduğu kimi, 2013-cü ilin sonunda da uşaqların əl işlərinin sərgisi, teatr festivalı və digər tədbirlər nəzərdə tutulur.

10 il ərzində proqramın "Holcim" şirkətinin dəstəyi ilə həyata keçirilməsi nəticəsində uşaqların məktəb təhsilini davam etmələrinə, yeni yanaşmaların tətbiq olunmasına, evlərdə fərqli səyyar xidmətlərin göstərilməsinə və deinstitutlaşma prosesində xüsusi qayğıya ehtiyacı olan uşaqların ailə mühitinin yaxşılaşdırılmasına və əsaslı sosial xidmətlər göstərərək icmanın inkişafına nail olunub. Bu təşəbbüs Azərbaycanda xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyası üzrə milli icma modeli kimi istifadə oluna bilər.

Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən "Holcim" şirkətində 80 mindən çox əməkdaş çalışır. "Holcim" dünyanın aparıcı sement, doldurucu (qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. 1999-cu ildən "Holcim" iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə "Holcim" "Sement sənayesi üzrə Davamlılıq Təşəbbüsü"nü irəli sürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti