...

Bakı yol polisi sürücülərə çağırış etdi

Cəmiyyət Materials 15 Mart 2013 19:27 (UTC +04:00)
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Emin Məmmədli Trend-ə bildirib ki, paytaxtda axşam və səhər saatlarında hökm sürən dumanlı hava şəraitində sürücülər avtomobillərini idarə edərkən diqqətli olmalıdırlar.
Bakı yol polisi sürücülərə çağırış etdi

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir İ.İzzət/

Bakı yol polisi dumanlı hava şəraiti ilə bağlı sürücüləri ehtiyatlı olmağa çağırıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin inspektoru Emin Məmmədli Trend-ə bildirib ki, paytaxtda axşam və səhər saatlarında hökm sürən dumanlı hava şəraitində sürücülər avtomobillərini idarə edərkən diqqətli olmalıdırlar.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, bu gün səhər və axşam saatlarında Bakıda qatı dumanı müşahidə edilir. Sinoptiklər sabah səhər saatlarında da Bakıda duman olacağını proqnozlaşdırırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti