...

Mərkəzi Bankda "Pul və bankçılığın rəsmlərdə təsviri" mövzusunda rəsm müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2013 15:14 (UTC +04:00)
Mərkəzi Bank “Ümidli Gələcək” Gənclər Təşkilatı ilə birlikdə “Beynəlxalq pul həftəsi” çərçivəsində Bakı şəhəri üzrə orta məktəblərin V-XI sinif şagirdləri arasında “Pul və bankçılığın rəsmlərdə təsviri” mövzusunda rəsm müsabiqəsi keçirib.
Mərkəzi Bankda "Pul və bankçılığın rəsmlərdə təsviri" mövzusunda rəsm müsabiqəsi keçirilib  (FOTO)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Mərkəzi Bank "Ümidli Gələcək" Gənclər Təşkilatı ilə birlikdə "Beynəlxalq pul həftəsi" çərçivəsində Bakı şəhəri üzrə orta məktəblərin V-XI sinif şagirdləri arasında "Pul və bankçılığın rəsmlərdə təsviri" mövzusunda rəsm müsabiqəsi keçirib.

Bankdan Trend-ə verilən məlumata görə, müsabiqə iştirakçılarının Mərkəzi Banka ekskursiyası təşkil olunub, şagirdlərə Mərkəzi Bankın fəaliyyəti və Azərbaycanda bankçılığın tarixi barədə ətraflı məlumat verilib.

Müsabiqənin qaliblərinə diplom və Mərkəzi Bankın hədiyyələri təqdim olunub.

Müsabiqənin qalibləri:

I yer - Lamiyə Cabbarova, Bakı şəhəri, 201 saylı məktəb, 6-cı sinif
II yer - Fidan Rzazadə, Bakı şəhəri, 201 saylı məktəb, 5-ci sinif
III yer - Cavid Məmmədli, Bakı şəhəri, 275 saylı məktəb, 9-cu sinif

Məqalədə:
Xəbər lenti

Xəbər lenti