...

"Gallup World"un sorğusu: Keçmiş Sovet məkanında ən çox Ermənistan vətəndaşları ölkəni tərk etmək istəyirlər

Cəmiyyət Materials 4 Aprel 2013 16:13 (UTC +04:00)
"Gallup World"un sorğusunda iştirak edən keçmiş Sovet məkanının vətəndaşları arasında ən çox Ermənistan vətəndaşları ölkəni həmişəlik tərk etmək istədiklərini bildiriblər. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.
"Gallup World"un sorğusu: Keçmiş Sovet məkanında ən çox Ermənistan vətəndaşları ölkəni tərk etmək istəyirlər

Azərbaycan, Bakı, 4 aprel /Trend/

"Gallup World"un sorğusunda iştirak edən keçmiş Sovet məkanının vətəndaşları arasında ən çox Ermənistan vətəndaşları ölkəni həmişəlik tərk etmək istədiklərini bildiriblər. Bu barədə Trend cümə axşamı Ermənistan KİV-ə istinadən məlumat verir.

Beynəlxalq Araşdırma Mərkəzinin 2010-2012-ci illərdə keçirdiyi sorğuda 12 ölkənin vətəndaşı iştirak edib. Sorğuya 15 və daha yuxarı yaşında olan 41 min nəfər qatılıb.

Ermənistanda respondentlərin 40 faizi həmişəlik vətənlərini tərk etmək istədiklərini ifadə ediblər. Sorğuda sonrakı yerləri, müvafiq olaraq, Moldova (32 faiz), Ukrayna (21 faiz), Belarus (17 faiz) və Qırğızıstan (16 faiz) tutub.

Bununla yanaşı, ölkəni ən az tərk etmək arzusunda olanlar Özbəkistan (5 faiz), Türkmənistan (6 faiz), Tacikistan (11 faiz) və Qazaxıstanda (13 faiz) qeydə alınıb.

Ölkəni tərk etmək arzusunda olanların təqribən 52 faizi bunu yaşayış səviyyəsini artırmaqla əlaqələndiriblər. 13 faizi uşaqlarının gələcəyi naminə, 10 faizi isə işsizlik probleminə görə vətənlərini tərk etmək istədiklərini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti