...

Millət vəkili seçicilərlə növbəti görüş keçirib (FOTO)

Cəmiyyət Materials 5 Aprel 2013 10:10 (UTC +04:00)
Aprelin 4-də Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib.
Millət vəkili seçicilərlə növbəti görüş keçirib (FOTO)

Azərbaycan, Bakı, 5 aprel / Trend /

Aprelin 4-də Milli Məclisin deputatı Novruz Aslanov seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfərini edib. İsmayıllı şəhərində yerləşən ofisində seçiciləri qəbul edən millət vəkili onların problemləri ilə maraqlanıb. Edilən müraciətlər əsasən sosial yönümlü olub. Problemlər barədə əlaqədar qurumlara müraciət ediləcəyi bildirilib.

Qəbuldan sonra millət vəkili İsmayıllı şəhərində yaşayan və keçən ilin sonunda ona müraciət edib böyrəyinin dəyişdirilməsinə köməklik istəyən 20 yaşlı Anar İskəndərovun evinə gedərək orada qurban kəsiblər. Məlumat üçün bildirək ki, deputat Novruz Aslanovun maddi dəstəyi sayəsində Anar İskəndərovun böyrəyinin transplantasiyası uğurla həyata keçirilib və indi Anar özünün demək olar ki, ikinci həyatını yaşayır.

Qeyd edək ki, millət vəkili belə müraciətlərə həmişə diqqətlə yanaşıb və imkanı daxilində köməklik edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti