...

Çin azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib

Cəmiyyət Materials 5 Aprel 2013 18:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan ilə Çin Xalq Respublikasının Təhsil nazirlikləri arasında imzalanmış sazişə uyğun olaraq Çin azərbaycanlı tələbələr üçün təqaüd proqramı elan edib.

Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, təqaüd proqramı çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində respublikamızda daha çox ehtiyac duyulan ixtisaslar üzrə Çinin nüfuzlu universitetlərinə qəbul nəzərdə tutulub.

Qeyd edək ki, təhsil çin dilində olduğuna görə təqaüdə layiq görülmüş tələbələr 1 il dil üzrə hazırlıq kursu keçməlidirlər. Təqaüd proqramı təhsil haqqını, qeydiyyat, laboratoriya, təcrübə, tədris materialları, yataqxana, aylıq yaşayış və aviabilet (ümumi tədris müddəti dövründə yalnız bir dəfə - təhsil yerinə gediş və vətənə dönüş) xərclərini əhatə edir.

Müsabiqədə iştirak etmək istəyən Azərbaycan vətəndaşları 12 aprel 2013-cü il saat 18:00-a kimi sənədlərini Təhsil Nazirliyinə təqdim edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti