...

Azərbaycanda sürücülük vəsiqəsinin itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilir

Cəmiyyət Materials 12 Aprel 2013 17:25 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə tətbiq olunan cərimə ləğv edilir.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə Trend-ə bildirib ki, bununla bağlı aprelin 19-da keçiriləcək komitənin iclasında İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişiklik müzakirə ediləcək.

Qeyd edək ki, mövcud qanunvericilikdə sürücülük vəsiqəsinin qəsdən korlanmasına, yararsız hala salınmasına və ya itirilməsinə görə 40 manat miqdarında cərimə nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti