...

Ötən il ölüm cəzasını ən çox hansı ölkələr tətbiq edib?

Cəmiyyət Materials 17 Aprel 2013 13:57 (UTC +04:00)
Ötən il dünyanın hər 10 ölkəsindən birində ölüm cəzası tətbiq edilib. Bu barədə "Amnesty International"ın ən ağır cəzaların tətbiqi ilə bağlı illik hesabatında bildirilir. Trend-in məlumatına görə, hüquq müdafiə təşkilatının fikrincə, dünyada ölüm cəzasından tədricən imtina meylləri qorunub saxlansa da, Asiya və Yaxın Şərqdə bu hiss olunmur.
Ötən il ölüm cəzasını ən çox hansı ölkələr tətbiq edib?

Azərbaycan, Bakı, 17 aprel /Trend, müxbir İ.İzzət/

Ötən il dünyanın hər 10 ölkəsindən birində ölüm cəzası tətbiq edilib. Bu barədə "Amnesty International"ın ən ağır cəzaların tətbiqi ilə bağlı illik hesabatında bildirilir.

Trend-in məlumatına görə, hüquq müdafiə təşkilatının fikrincə, dünyada ölüm cəzasından tədricən imtina meylləri qorunub saxlansa da, Asiya və Yaxın Şərqdə bu hiss olunmur.

2011-ci ildə olduğu kimi ötən il də yalnız 21 ölkədə ölüm cəzası tətbiq edilib. 58 ölkədə isə ölüm hökmləri elan olunub. 140 dövlət ya ölüm cəzasının tətbiqindən imtina edib, yaxud da ölüm cəzasına moratorium qoyub.

Ötən il ən çox sayda insan Çin, İran, İraq, Səudiyyə Ərəbistanı, ABŞ və Yəməndə edam olunub. Hindistan və Pakistanda 1, Yaponiyada 7 nəfər edam olunub.

"Amnesty International"ın əməkdaşları 2012-ci ildə sənədlərə əsaslanan 682 ölüm cəzasını müəyyən edə bilib ki, bu da əvvəlki ildən 2 hadisə çoxdur. Lakin bu statistikada Çin və Suriya nəzərə alınmayıb. Hesabatda bildirilir ki, Çində hər il bir neçə min insan edam edilir ki, bu yerdə qalan ölkələrin statistikasını ötüb keçir.

İran 314 nəfərlə edam cəzası daha çox tətbiq edilən ölkələr sırasında ikinci yerdə durur. Baxmayaraq ki, bəzi məlumatlar, icra edilmiş hökmlərin bir qismi gizli saxlanılır. "Amnesty International"ın fikrincə, bu ölkədə ölüm cəzasına məhkum edilmişlərin ümumi sayı 500-ü ötüb keçir. İranda edam olunanların böyük qismi narkotiklərin qanunsuz dövriyyəsi, spirtli içkilərin qəbulu, zina və homoseksualizmə görə cəzalandırılıblar.

Bu ölkədə asmaq yolu ilə ictimai edam təcrübəsi və yetkinlik yaşına çatmayanlara ölüm hökmlərinin elan olunması daha çox yayılıb ki, bu da beynəlxalq razılaşmalara ziddir. İranda insan hüquqlarının vəziyyətini öyrənən BMT-nin xüsusi qurumu qeyd edir ki, bu ölkədə qəbul edilən ölüm hökmləri yüksək sürətlə icra edilir və burada ədalətli məhkəmə araşdırması standartları yoxdur.

Qonşu İraqda 129 insan edam edilib ki, bu da 2011-ci ildəkindən 61 nəfər çoxdur. İraqda 2010-cu ildə bir hadisə qeydə alınmışdı, ancaq ötən illərdə bir dəfəyə bir gündə 34 nəfər edam olunmuşdu. Rəsmi məlumatlara görə, Səudiyyə Ərəbistanında 79 ölüm cəzası icra olunub. ABŞ-da isə bu göstərici 43, Yəməndə 28, Sudanda 19, Əfqanıstanda 14, Somalidə 12 olub.

"Amnesty International" Misirlə bağlı məlumat əldə edə bilməyib. 2012-ci ilin sonunadək dünyada 23 minə yaxın insan ölüm hökmün icrasını gözləyirdi.

Ötən il Latviya qanunvericiliyindən ölüm cəzasını çıxarmış 97-ci ölkə olub. Avropa və Amerika dövlətləri arasında ölüm cəzası tətbiq olunan iki dövlət -Belorus və ABŞ qalıb.

Bəzi regionlarda icra edilən hökmlərin artmasına baxmayaraq, "Amnesty International"ın rəhbəri Salil Şetti qeyd edir ki, dünyada ölüm hökmünün tədricən ləğv olunması tendensiyası müşahidə olunur. Onun sözlərinə görə, dünyanın bir çox yerlərində ölüm cəzası tarixə qovuşub, ona görə ki, ölüm hökmünün cinayətkarlığa qarşı dayandırıcı faktor olması barədə sübutlar yoxdur. Bu daha çox siyasi repressiyalarda alət kimi görünür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti