...

Dəmiryolçular ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağli tədbirlər keçirirlər (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2013 18:20 (UTC +04:00)
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin idarə, təşkilat və müəssisələrində ümummilli lider Heydər Əliyev 90 illik yubileyi ilə bağlı tədbirlər keçirilir.
Dəmiryolçular ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağli tədbirlər keçirirlər (FOTO)

Azərbaycan, Bakı, 17 aprel /Trend/

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin idarə, təşkilat və müəssisələrində ümummilli lider Heydər Əliyev 90 illik yubileyi ilə bağlı tədbirlər keçirilir.

QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aprel ayının 22-də Xaçmaz, 24-də Şirvan, 26-da isə Gəncə dəmir yolu qovşaqlarına ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar təşviqat qatarı göndəriləcək və təntənəli tədbirlər keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyi tərəfindən "Heydər Əliyev dövründə dəmir yolunun inkişafı" adlı sənədli film hazırlanıb və "Azərbaycan dəmiryolçusu" qəzetinin xüsusi buraxılışı çap olunub.

Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-cü illəri Azərbaycan dəmir yolunun texniki tərəqqi və hərtərəfli inkişaf dövrü adlandırmaq olar. 1969-cu ildə ilk dəfə respublika rəhbərliyinə gələn Heydər Əliyevin gərgin fəaliyyəti sayəsində bütün respublika iqtisadiyyatında olduğu kimi, dəmir yolu nəqliyyatında da əsaslı dəyişikliklərə və köklü inkişafa təkan verilmişdir. Ölkə polad magistralında istifadəyə verilən mühüm obyektlərin əksəriyyəti onun bilavasitə təşəbbüsü ilə həyata vəsiqə almışdır. Təkcə bir faktı deyək ki, ulu öndərin rəhbərliyi dövründə 14300 texniki yeniləşmə metodları tətbiq edilmiş və bunlar dəmir yolunun bütün sahələrini əhatə etmişdir.

İstər Sibir torpaqlarında inşa edilən Baykal-Amur Magistralı (yeri gəlmişkən qeyd edək ki, 2008-ci il iyulun 18-də Baykal-Amur Magistralının (BAM) Anqoya stansiyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını daşıyan vağzalın təntənəli açılışı olmuşdur), istərsə də Azərbaycan BAM-ı adlanan Yevlax-Balakən yolu da onun gərgin zəhmətinin bəhrəsi idi.

Ulu öndər Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və "Şimal-Cənub" beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir. İndi Azərbaycan polad magistralı öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Hazırda ölkə başçısının İlham Əliyevin 6 iyul 2010-cu il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" sürətlə icra olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti