...

IDEA kampaniyasının “Instagram” müsabiqəsinə fotoların qəbul edilməsi üçün son müraciət tarixi uzadılıb

Cəmiyyət Materials 18 Aprel 2013 23:29 (UTC +04:00)
Təbiətin mühafizəsi ilə bağlı insanları maarifləndirmək, onların ətraf mühit məsələlərinə qarşı diqqətini artırmaq, Azərbaycan təbiətini tanıtmaq məqsədi ilə IDEA kampaniyası tərəfindən foto-paylaşma şəbəkəsi olan Instagram-da başladılıb foto müsabiqənin keçirilmə müddəti yaz və yay fəsillərinin gəlişi ilə əlaqədar 31 Avqust 2013-cü il tarixinə qədər uzadılıb.
IDEA kampaniyasının “Instagram” müsabiqəsinə fotoların qəbul edilməsi üçün son müraciət tarixi uzadılıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Təbiətin mühafizəsi ilə bağlı insanları maarifləndirmək, onların ətraf mühit məsələlərinə qarşı diqqətini artırmaq, Azərbaycan təbiətini tanıtmaq məqsədi ilə IDEA kampaniyası tərəfindən foto-paylaşma şəbəkəsi olan Instagram-da başladılıb foto müsabiqənin keçirilmə müddəti yaz və yay fəsillərinin gəlişi ilə əlaqədar 31 Avqust 2013-cü il tarixinə qədər uzadılıb.

Fevral ayında başladılmış müsabiqə çərçivəsində adı çəkilən sosial şəbəkədə #ideanature "hashtag"-ı altında 300-dən artıq foto-şəkil yüklənmişdir.

Nəzərinizə çatdıraq ki, müsabiqənin şərtlərində də bəzi dəyişikliklər edilmişdir.

1. Belə ki, müsabiqənin yeni şərtlərinə əsasən qalib foto-şəkillərin seçimi üçün fotoqraflıq sahəsində fəaliyyət göstərən mütəxəsislərdən ibarət münsiflər heyəti təşkil olunmuşdur. Münsiflər heyətinin hər bir üzvü onlayn səs vermədə ən çox səs toplamış 3 fotoya "10 000 like" sayında fərdi səs verərək qalibi müəyyən edəcəklər .

2. Süni yolla "like"-ların toplanması müşahidə olunan və #ideanature "hashtag"-ı və @idea_campaign "tag"-dan başqa digər "tag"-ı əlavə edilən fotolar müsabiqədə iştirak etmiş hesab olunmayacaqlar.

3. Müsabiqədə iştirak üçün iştrakçıların 3 ədəd foto təqdim etmək üçün məhdudiyyət aradan qaldırılır və bununla yanaşı müsabiqədə iştirak etmək üçün Instagram istifadəçinin şəxsi hesablarının ictimaiyyətə açıq olması zəruridir.

4. Qeyd edək ki, müsabiqə davam etdiyi müddət ərzində hər həftə ən çox "like" toplamış 3 foto IDEA kampaniyasının rəsmi Instagram səhifəsində paylaşılacaq.
Xatırladaq ki, müsabiqədə iştirak etmək istəyən "Instagram" istifadəçiləri çəkdikləri fotoları öz səhifələrinə #ideanature "hashtag"-i və "@idea_campaign" "tag"-i altında avqust ayının 31-ə qədər yükləməlidirlər.

Bundan əlavə, çəkilən fotoşəkillərin Azərbaycanda ətraf mühit üzrə ilk dəfə olaraq keçiriləcək "IDEA Instagram sərgisi"ində də yer almaları üçün fotolar [email protected] elektron ünvanına da göndərilməlidir.

Qalib şəkillərin müəllifləri müvafiq olaraq: I yer - iPhone 5; II yer - iPad mini və III yer - iPad 2 mükafatları ilə təltif olunacaqlar.

Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Qorunması üzrə Beynəlxalq Dialoq kampaniyası 2011-ci il iyulun 12-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb. Ətraf mühit məsələlərinə insanların diqqətini cəlb etmək, onların ətraf mühitin qorunmasında fəallığını artırmaq məqsədilə IDEA kampaniyası mütəmadi olaraq genişmiqyaslı tədbirlər keçirməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti