...

DİN: Türkiyə qeyri-leqal insan tranzitinin qarşısını alacaq

Cəmiyyət Materials 19 Aprel 2013 14:58 (UTC +04:00)
Türkiyə qeyri-leqal insan tranzitinin qarşısını alacaq.
DİN: Türkiyə qeyri-leqal insan tranzitinin qarşısını alacaq

Azərbaycan, Bakı 19 aprel /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin daxili işlər naziri Müəmmər Gülər rəsmi Ankranın qeyri-leqal insan tranzitinin qarşısını alacağını bildirib. Trend- in məlumatına görə, bu haqda Türkiyənin TRT Haber telekanalı məlumat verib.

Onu sözlərinə görə, bu gün bir çox ölkələrdən Avropaya üz tutan qeyri-leqal miqrantlar transiz kimi Türkiyə ərazisindən istiafadə edirlər.

"Türkiyə qeyri-leqal miqrant axını ilə tez-tez üzləşir və bu maksimum həddə çatıb", - nazir bildirib.

Onun sözlərinə görə, bir çox miqarantlar Türkiyədə sənədlərini məhv etdiklərinə görə onların kimliyini təsbit etmək problem yaradır.

Nazir onu da qeyd edib ki, qeyri-leqal miqrant axını ilə təkcə Türkiyə deyil, eyni zamanda digər dövlətlər də mübarizə aparmalıdırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti