...

Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olub

Cəmiyyət Materials 22 Aprel 2013 13:23 (UTC +04:00)
2013-cü ilin ilk rübündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olub.
Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olub

Azərbaycan, Bakı, 22 aprel / Trend, müxbir İ.İzzət/

2013-cü ilin ilk rübündə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə 424 ərizə və şikayət daxil olub.

Trend-in sorğusuna cavab olaraq bu barədə Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 34.1-ci maddəsinə uyğun olaraq verilmiş şikayətlərin 111-i Konstitusiya Məhkəməsi Palatasının iclaslarında müzakirə edilməsi və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7, 52-ci maddələrində nəzərdə tutulmuş qaydada həll edilməsi üçün Konstitusiya Məhkəməsinin hakimlərindən ibarət olan palatalara verilib, 102 ərizə və şikayət Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyatı üzrə müvafiq dövlət orqanlarına, 164 cavab məktubu isə Konstitusiya Məhkəməsinin səlahiyyətləri izah edilməklə vətəndaşlara göndərilib.

Bəzi hallarda vətəndaşların ərizə və şikayətləri əsasında Konstitusiya Məhkəməsinin rəhbərliyi tərəfindən müvafiq dövlət orqanlarına bu və ya digər hüquq pozuntularına dair müraciətlər edilərək, diqqətləri həmin məsələlərə cəlb olunub.

Cari ilin yanvar-mart ayları üzrə Konstitusiya Məhkəməsinə daxil olan şikayətlərin 158-ni məhkəmə aktlarından verilən şikayətlər təşkil edir ki, bunlar da mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır.

İlin ilk 3 ayı ərzində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 5 qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti