...

Bakıda bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq

Cəmiyyət Materials 23 Aprel 2013 11:09 (UTC +04:00)
Bakıda bəzi yollarda hərəkətə məhdudiyyətlər qoyulacaq.
Bakıda bəzi yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq

Azərbaycan, Bakı, 23 aprel /Trend, müxbir İ.İzzət/

Sabah Bakıda bəzi yollarda nəqliyyatın hərəkətinə fasilələrlə məhdudiyyətlər qoyulacaq. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Latviya Prezidenti Andris Berzinşin aprelin 23-də axşam saatlarında Azərbaycana başlayan rəsmi rəsmi ilə əlaqədar onun və digər rəsmi qonaqların paytaxtda keçiriləcək dövlət əhəmiyyətli tədbirlərdə iştirak etməsini və həmin istiqamətlərdə təhlükəsizliyinin təmin edilməsi məqsədilə Bakı şəhər Dövlət Yol Polisi əhalinin və avtomobil sahiblərinin nəzərinə çatdırır ki, aprelin 24-də saat 8:30-dan tədbirlər tam başa çatanadək paytaxtın Yusif Səfərov, Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, "Azneft" dairəsi, Nizayi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyulacaq və istiqamət dəyişdiriləcək.

"Ona görə də xahiş edilir ki, bunu nərəzə alaraq sıxlığın, tıxacların və digər halların yaranmaması üçün bu istiqamətlər üzrə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilsin",- Əsədov vurğulayıb.

Qeyd edək ki, Latviya Prezidenti Andris Berzinşin Azərbaycana rəsmi səfəri aprelin 25-də başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti