...

AMEA-da 569 nəfər doktorant təhsil alır

Cəmiyyət Materials 24 Aprel 2013 13:08 (UTC +04:00)
Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisələrində 300-ü əyani, 269-u qiyabi təhsil forması olmaqla, 569 nəfər doktorant təhsil alır. Trend-in məlumatına görə, bunu AMEA-nın ötən ilki fəaliyyətinə həsr olunan ümumi yığıncaqda AMEA-nın akademik katibi Vaqif Fərzəliyev deyib.
AMEA-da 569 nəfər doktorant təhsil alır

Azərbaycan, Bakı, 24 aprel /Trend, müxbir İ.İsabalayeva/

Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müəssisələrində 300-ü əyani, 269-u qiyabi təhsil forması olmaqla, 569 nəfər doktorant təhsil alır. Trend-in məlumatına görə, bunu AMEA-nın ötən ilki fəaliyyətinə həsr olunan ümumi yığıncaqda AMEA-nın akademik-katibi Vaqif Fərzəliyev deyib.

Onun sözlərinə görə, onlardan 10 nəfəri xarici vətəndaşdır. 2012-ci ildə doktoranturaya 274 nəfər (126 əyani və 148 qiyabi) doktorant qəbul olunub. 2012-ci ildə dissertantura yolu ilə fəlsəfə doktoru proqramı üzrə 266 nəfər qəbul olunub. AMEA-nın 828 dissertantının 183 nəfəri xarici vətəndaşdır. 2012-ci ildə AMEA-da 29 elmlər doktoru və 107 fəlsəfə doktoru dissertasiya işi müdafiə olunub.

2012-ci ildə AMEA-nın elmi müəssisələrində 159 problem üzrə elmi tədqiqat işləri aparılıb və 150 mühüm elmi nəticə alınıb. Ötən il AMEA-nın elmi müəssisələri tərəfindən 50-yə yaxın Azərbaycan patenti və 5 xarici ölkənin patenti alınıb. Azərbaycan patentini almaq üçün 56 iddia sənədi verilib.

Fərzəliyev deyib ki, AMEA-nın tərkibi 52 həqiqi,100 müxbir üzv olmaqla 152 üzvdən ibarətdir. AMEA-nın elmi müəssisələrində, idarə və təşkilatlarında 9950 nəfər əməkdaş çalışır. Elmi işçilərin sayı 4686 nəfərdir ki, onlardan 535 nəfəri elmlər doktoru, 2042 nəfəri isə fəlsəfə doktorudur.

2012-ci ildə büdcə xərcləri üzrə AMEA-ya 74 044 929 manat vəsait ayrılıb. İl ərzində elmin maddi-texniki bazasının yeniləşdirilməsi, AMEA işçilərinin əməkhaqqının artırılması və s. ilə əlaqədar dövlət büdcəsindən 6 391 859 manat əlavə vəsait ayrılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti