...

TQDK buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb

Cəmiyyət Materials 6 May 2013 17:14 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.
TQDK buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta məktəblərdə buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Komissiyadan bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 2-də Bakının Nərimanov, Səbail, Yasamal, Nəsimi, Nizami, Binəqədi, Sabunçu, Xətai, Suraxanı, Xəzər, Qaradağ rayonlarında, Sumqayıt şəhərində, Abşeron rayonunda 9-cu və 11-ci siniflər üçün buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulur.

Eyni zamanda, Bakı, Naxçıvan, Sumqayıt, Abşeron, Gəncə, Mingəçevir, Lənkəran, Quba, Qusar, Xaçmaz, Zaqatala, Balakəndə rus bölməsi məzunları imtahan verəcəklər. İyunun 7-də Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar rayonlarında buraxılış imtahanları keçiriləcək.

İyunun 12-də Yevlax, Bərdə, Tərtər, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Zərdabda imtahanlar təşkil olunacaq.

İyunun 17-də Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Ağsu, Mingəçevir, Şirvan, Hacıqabulda 9 və 11-ci sinflərin məzunları buraxılış imtahanları verəcəklər.

İşğal olunmuş rayonların şagirdləri buraxılış imtahanlarını məskunlaşdıqları rayonlarda verəcəklər.

9-cu sinif şagirdləri imtahana gələrkən özləri buraxılış vərəqəsi (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcək), şəxsiyyəti təsdiq edən sənədin əslini (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir) təqdim etməlidirlər.

11-ci sinif məzunları "İmtahana buraxılış vərəqəsi" (buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat veriləcək), şəxsiyyəti təsdiq edən sənədin əslini, Azərbaycan vətəndaşları şəxsiyyət vəsiqəsini, əcnəbilər şəxsi pasportları və ya icazə vəsiqələrini, vətəndaşlığı olmayan şəxslər şəxsiyyət vəsiqələrini və ya icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti