Azərbaycan, Bakı, 7 may /Trend/
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycanın Macarıstandakı səfirliyi "Macar Poçtu" ilə birlikdə xatirə markası buraxıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, mürəkkəb kompozisiyaya malik marka böyük insanın həyatının müxtəlif mərhələlərini təsvir edir. Əsas qayə Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın əldə etdiyi inkişafı, onun ideyalarının əbədiliyini, bu gün də yaşadığını və cəmiyyəti irəli apardığını göstərməkdir.
Səfirlik yubiley çərçivəsində artıq diplomatik korpus və ölkə ictimaiyyəti arasında yayılmış xatirə markasının təqdimat mərasimini keçirməyi planlaşdırır.