...

Litvanın ikinci ən böyük şəhərində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 7 May 2013 16:28 (UTC +04:00)
Litvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirlər silsiləsi davam etdirilir.
Litvanın ikinci ən böyük şəhərində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İsabalayeva/

Litvada ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbirlər silsiləsi davam etdirilir.

Azərbaycanın Litvadakı səfirliyindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Litvanın ikinci ən böyük şəhəri Kaunasda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Litvada təhsil alan tələbələrimiz, AYOL-un üzvləri, litvalı gənclər, həmçinin Kaunasda təhsil alan əcnəbi vətəndaşlar iştirak etmişlər. Çıxış edənlər Azərbaycan Respublikasının bugünkü inkişafının təməlini qoymuş Ulu Öndərin həyat və fəaliyyəti haqqında tədbir iştirakçılarına video görüntülərlə məlumat vermiş, Azərbaycan xalqının ümummilli lideri haqqında söhbət açmışlar. Litvadakı tələbələrimiz, AYOL-un üzvləri böyük iftixar hissi ilə Ulu Öndər Heydər Əliyev yolunda getməkdən şərəf duyduqlarını qeyd ediblər.

Litvadakı Səfirliyimizin dəstəyi ilə təşkil olunan tədbirdə Azərbaycanın inkişafına dair video çarxlar nümayiş etdirilib, qonaqlara milli mətbəximizin ləziz yeməkləri təqdim olunub. Bayram əhval-ruhiyyəsində keçən tədbir gənclərimizin və qonaqların iştirakı ilə milli rəqslərimizlə davam etdirilib.

Xatırladaq ki, bundan öncə Vilnüsdə "Heydər Əliyev: 90 illik yubileyi" kuboku uğrunda futbol turniri keçirilib. Turnirin qalibi Vilnüs İncəsənət Akademiyasının komandası Bakıda keçiriləcək Qran Pri müsabiqəsində iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti