Azərbaycan, Bakı, 9 may / Trend /
Türkiyənin nüfuzlu, xüsusilə də, Ankarada akkreditə olunmuş diplomatik təmsilçiliklər və beynəlxalq təşkilatların nümayəndəlikləri arasında önəmə sahib "Diplo Atlas" jurnalının may ayı nömrəsi Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Azərbaycana həsr olunub.
Trend-in məlumatına görə, "Diplo Atlas" jurnalının may ayı nömrəsində, Ümummilli liderimizin həyat və siyasi fəaliyyəti, Azərbaycana etdiyi əvəzsiz xidmətləri və ölkəmizin üz-üzə qaldığı problemlərdən qurtulmasında göstərdiyi səylər, ölkəmizin sürətli iqtisadi-sosial inkişafı, tarixi, mədəniyyəti, incəsənəti ilə yanaşı tarixi-turistik məkanları ilə bağlı əsaslı və ətraflı məlumatlar öz əksini tapıb.