Azərbaycanlı qızların qeyri-müsəlmanlarla nikaha girməsi halları artıb

Azərbaycanlı qızların qeyri-müsəlmanlarla nikaha girməsi halları artıb

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir İ.İsabalayeva/

1994-cü ildə BMT tərəfindən təsis olunan Beynəlxalq Ailə Günü bütün dünyada hər il 15 may tarixində qeyd olunur. Ənənəvi olaraq bu ərəfədə ailə institutu ilə bağlı mövzular gündəmə gəlir, mövcud problemlər mütəxəssislər tərəfindən təhlil olunur. Ailə institutunun üzləşdiyi problemlərlə bağlı uzun illər tədqiqatlar aparan, "Aktual" Elmi-Sosioloji Araşdırmalar Mərkəzinin rəhbəri, hazırda elmi fəaliyyətini Türkiyənin Üsküdar Universitetində davam etdirən, sosiologiya elmləri doktoru Əbülfəz Süleymanlı suallarımızı cavablandırır.

"Bəzi ölkələr hər hansı bir şəxsə kişi və ya qadın kimi müraciət olunmasını qanunla qadağan edib"

- Dünya Beynəlxalq Ailə Gününü necə qeyd edir? Ailə institutunda hansı proseslər baş verir?

Təəssüflər olsun ki, Beynəlxalq Ailə Günü bütün dünyada çoxsaylı problemlərin fonunda qeyd olunur. Əslində 1994-cü ildən qeyd olunan Beynəlxalq Ailə Gününün təsis olunması fikri də məhz bu problemlərə diqqət çəkmək məqsədi daşıyırdı. Müasir ailəni tədqiq edən mütəxəssislər dünyada ailə institutunun ciddi böhranla üz-üzə qalması fikrində həmrəydirlər. Maraqlıdır ki, cəmiyyətlərin rifah səviyyəsi və sosial-iqtisadi vəziyyəti yüksəldikcə ölkələrdə ailə problemləri daha da artır. Bura doğum səviyyəsinin kəskin azalması, xüsusilə azyaşlılar arasında nikahdankənar doğum hallarının artması, boşanmaların yüksək tempi, ailədaxili zorakılıq faktlarının çoxalması kimi problemlər aiddir. Bu ölkələrin ailədəki böhranların qarşısını almaq üçün böyük maliyyə dəstəyi hesabına həyata keçirdikləri tədbirlər nəinki istənilən nəticəni vermir, əksinə vəziyyət il-ildən daha da pisləşir. Böhranın daha qabarıq şəkildə özünü büruzə verdiyi ölkələrin mütəxəssisləri ailə institutunun növbəti əsrə çıxmama təhlükəsi ilə üz-üzə olduğunu artıq uzun müddətdir ki, müxtəlif tribunalardan səsləndirirlər. Xüsusilə inkişaf etmiş qərb ölkələrində ənənəvi nikah institutuna qarşı alternativ nikah formalarının, yəni eyni cinslərlə olan nikahların sürətlə yayılması ailə institutu üçün ən böyük təhlükə kimi qiymətləndirilməlidir. Artıq bəzi ölkələrdə insanların cinsinin qeyd olunduğu sütun şəxsiyyət vəsiqəsindən çıxarılmış və bəzi ölkələr daha radikal addım ataraq hər hansı bir şəxsə kişi və ya qadın kimi müraciət olunmasını qanunla qadağan ediblər. Bu cür halların artması ailə institutu böhranını dərinləşdirdiyi kimi, insanlığın təbiətinə də ziddir. Ən təhlükəlisi odur ki, bu cür hallar dünyanın digər regionlarında da media kanalları vasitəsilə sürətlə yayılmağa başlayıb və heç bir region bu axımlarla üzləşməkdən sığortalanmayıb.

- Beynəlxalq miqyasda özünü büruzə verən bütün bu problemlərin fonunda müasir Azərbaycan ailəsinin vəziyyətini necə qiymətləndirmək olar?

- Qlobal xarakterə malik olan bu problemlərin bir qismi Azərbaycan ailəsindən də yan keçməyib. Ələlxüsus son illər boşanma hallarının çoxalması, nikahsız yaşayan cütlərin sayının və ailədaxili zorakılıq faktlarının nəzərəçarpacaq dərəcədə artması, ailədə uşaqların tərbiyəsi mövzusunda özünü büruzə verən problemlər narahat olmağa əsas verən məqamlar kimi qeyd olunmalıdır. Ən təhlükəlisi odur ki, getdikcə cəmiyyətdə bu cür hallar əvvəllər olduğu kimi faciə kimi qəbul olunmur, yəni böyük əksəriyyət bunları adi hal kimi qəbul etməyə başlayıb. Bu problemlərin səbəblərini ümumiləşdirdikdə görərik ki, bunların əsas səbəbləri arasında insanların öz şəxsi maraqlarının və zövqlərinin ailə dəyərlərindən üstün tutması, maddi dəyərlərə həddən artıq aludəçilik və ailədə tolerantlığın, yəni cütlərin bir-birinə güzəştə getməsi hallarının azalmasıdır. Halbuki ailənin möhkəmliyini təmin edən əsas meyar ailənin ümumi maraqlarının şəxsi maraqların fövqündə olması və ailənin sağlam mənəvi "iqlim şəraiti"nə malik olmasıdır. Təbii ki, bunlarla yanaşı ailədə problemlərə səbəb olan sosial-iqtisadi məzmunlu səbəbləri də xüsusi qeyd etmək lazımdır. Bu mənada maddi dəyərlərin bu dərəcədə əhəmiyyətli olduğu cəmiyyətdə sosial-iqtisadi problemlərin çoxluğu ailəni uğursuzluğa düçar edən ilkin səbəblər arasındadır. Ailə institutuna problemlərə zəmin hazırlayan amillər arasında həm çap, həm elektron, həm də internet mediasında ailə dəyərləri ilə ziddiyyət təşkil edən yayımların sayının çoxluğunu, ailədə yersiz münaqişələrə səbəb olan kənar müdaxilələri də göstərmək olar.

"Şou-biznes əhlinin şəxsi həyatlarından bəhs edən proqramlar həmin insanların ailə dəyərlərimizə uyğun olmayan həyat tərzini təbliğ edir"

- Siz ailədə problemləri meydana gətirən səbəblər arasında KİV-in də adını çəkdiniz. Media daha çox hansı formada ailədə problemlərinin artmasına təsir göstərir?

- Dərindən təhlil apardıqda medianın ailə həyatına təsirinin digər institutlardan daha çox olduğunu müşahidə etmək olar. Bu gün daha çox xarici seriallarda ailə institutunun müqəddəsliyi əvəzinə məqsədyönlü şəkildə ailədənkənar həyat tərzi geniş şəkildə təbliğ olunur. Bu da həmin serialları izləyən insanların şüuruna təsir göstərir. Eləcə də ailəli insanlarda ailədənkənar həyat tərzinə qarşı meylin meydana gəlməsinə səbəb olur. Telemaqazin formatında olan və daha çox şou-biznes əhlinin şəxsi həyatlarından bəhs edən proqramlar bir tərəfdən ailə institutu üçün böyük təhlükə olan qeybətin, dedi-qodunun bir növ leqallaşmasına şərait yaradır, digər tərəfdən həmin insanların ənənəvi ailə dəyərlərimizə o qədər də uyğun olmayan həyat tərzini təbliğatını aparmaq yolu ilə bu həyat tərzinə rəğbətin formalaşmasına xidmət edir. Televiziya kanallarında son illər dəbdə olan ayrı-ayrı fərdlərin ailə problemlərini müzakirə obyektinə çevirən proqramlar isə əksər hallarda şou xarakteri daşıyır və problemlərin nəinki həllinə kömək göstərmir, əksinə bəzi hallarda onların daha da dərinləşməsinə gətirib çıxarır. Problemin başqa sferasını internet, xüsusilə də sosial şəbəkələr təşkil edir. Ələlxüsus, burada son dövrlər müşahidə olunan sosial şəbəkələrdə ailədaxili məsələlərin açıq şəkildə müzakirə olunmasına diqqət çəkmək istəyirəm. Belə ki, sosial şəbəkələrdə ailənin ən yaxın fərdləri ilə belə danışılması yolverilməz olan, ailəyə məxsus olan məhrəm mövzular yüzlərlə, bəlkə minlərlə insanların iştirakı ilə müzakirəyə çıxarılır. Nəticədə bu cür halların çoxalması ailə üçün təhlükə mənbəyi olan arzuolunmaz faktların - xəyanət, qeybət, qısqanclıq kimi halların sayının artmasına gətirib çıxarır. Halbuki ailənin möhkəmliyi üçün ailədaxili sirlərin qorunması ailə mülkiyyətinin qorunmasından daha vacibdir.

"Əcnəbilərlə ailə quran azərbaycanlıların uşaqları daha çox qarşı tərəfin mədəniyyəti ilə böyüyürlər"

- Son illər əcnəbi vətəndaşlarla evliliklərin sayı artıb. Bu, Azərbaycanın ailə dəyərlərinə necə təsir edir?

- Əcnəbilərlə nikahlar xüsusilə son 20 ildə artan templə davam edir. Bu dövr ərzində əcnəbilərlə bağlanılan nikahların coğrafi və milli-dini arealında da böyük dəyişikliklər baş verib. Belə ki, əgər 1990-cı illərin ilk dövrlərində xanımlarımızın ailə həyatı qurduğu əcnəbilər arasında soy və din baxımından yaxın olan xalqların nümayəndələri üstünlük təşkil edirdisə, son illər qeyri-müsəlmanların nümayəndələri ilə qurulan nikahların sayı artıb. Bunun səbəbləri arasında xarici ölkələrə gediş-gəlişin sayının artması, əcnəbilərlə internet vasitəsilə tanış olma imkanının yaranması və insanların xaricdə yaşamaq arzuları kimi faktorları göstərmək olar. Eyni zamanda, bizim xanımların və bəylərimizin qərblilərlə müqayisədə daha ailəcanlı olması əcnəbiləri cəlb edən səbəblər arasında ilk sırada yer almaqdadır. Təbii ki, dini-nöqteyi nəzərdən müsəlman xanımların qeyri-müsəlmanlarla ailə həyatı qurması qadağan olunub. Digər tərəfdən, bu ailələrdə dünyaya gələn uşaqların daha çox qarşı tərəfin mədəniyyəti ilə böyüyüb başa çatdığı müəyyən olunub. Belə nikahların uğursuzluğa düçar olma ehtimalı öz millətinin nümayəndələri ilə qurulan nikahlara nisbətən daha çoxdur. Burada mədəni və mental fərqlilik də rol oynayır. Lakin bu o demək deyil ki, bu cür nikahların hamısı uğursuzluğa düçar olur. Bu nikahlar arasında da uğurlu nikahların sayı az deyil.

- Ailə problemlərin qismən də olsa sayının azalması üçün hansı tədbirlərin həyata keçirilməsini zəruri hesab edirsiniz?

- Məsələyə kompleks şəkildə yanaşmaq lazımdır. Bu problemlərin həlli üçün həm ailələrin, həm dövlət qurumlarının, həm də vətəndaş cəmiyyəti strukturlarının üzərinə böyük məsuliyyət düşür. İlk növbədə ailələr öz övladlarını ailə həyatına hazırlamalıdırlar. Ailə həyatının müqəddəsliyi haqqında ilkin və dolğun informasiyanı məhz valideynlər öz övladlarına aşılamalı, bu məsuliyyəti televiziya, internet kimi media qurumlarının öhdəsinə buraxmamalıdırlar. Onlara ailədə kişi və qadının üzərinə düşən vəzifələri başa salmalı, ailə həyatının keşməkeşli olmasını dərk etdirməli, ailədaxili məsələləri və sirləri başqaları ilə müzakirə etmənin səhv davranış olduğunu və müxtəlif problematik vəziyyətlərdən necə çıxmaları haqqında onlara elmi dillə desək, hərəkət sxemi aşılamalıdırlar. Əks halda, hər xırda münaqişədən sonra boşanma ərizəsi üçün məhkəməyə üz tutanların sayı il-ildən artmaqda davam edəcək. Eyni zamanda, gənclərin həyat yoldaşı seçimində diqqətli olmaları əhəmiyyətlidir. Xüsusilə cütlərin evlilik qərarını verməzdən əvvəl bir-birlərini yaxşı tanımaları, xasiyyətlərinə bələd olmaları vacibdir. Bu gün əksər gənclər zahiri görünüş , ev, avtomobil və digər maddi göstəricilərə baxaraq evlilik qərarlarını verirlər. Təəssüflər olsun ki, valideynlər də əvvəlki illərdə olduğu kimi, övladlarının qarşısına çıxan insanın xasiyyətindən, zəhmətkeş olub-olmamasından daha çox onun nə qədər mal-dövlətə sahib olması ilə maraqlanır, ona görə qərarını verirlər. Halbuki evlilik qərarı verməzdən əvvəl daha vacib olan xarakterlərinin bir-birinə nə dərəcədə uyqun olub-olmadığını sınaqdan keçirməkdir. Bu məqamları nəzərə almadan qurulan nikahlar uğursuzluğa düçar olur. Bu məqam nəzərə alınsa, bəlkə də uğursuz nikahların sayı bu qədər çox olmazdı. Bu mənada əxlaqi qaydalar nəzərə alınaraq keçirilən nişanlılıq müddəti gənclərin bir-birini tanımaları üçün yaxşı fürsətdir. Bu müddət ərzində xarakter uyğunsuzluğu aşkara çıxarsa, daha sonra peşman olmamaq üçün evlilik qərarını bir daha götür-qoy etmək olar. Aztəminatlı ailələrə də dövlət dəstəyi gücləndirilməli və bu dəstəyin daha effektiv mexanizmləri işlənib hazırlanmalıdır. Gənclərin ailə qurmaqdan çəkindirən ən vacib problemlərdən biri kimi mənzil-kommunal problemlərin həllində dövlətin dəstəyinə ciddi ehtiyac duyulur. Dövlətin ailə siyasəti əsasında ailələrə sosial yardımlar edilməklə yanaşı, onları psixoloji dəstək proqramlarına cəlb etmək lazımdır. Bu dəstək proqramlarını həyata keçirəcək yüksək peşəkarlıq qabiliyyətli mütəxəssislərin hazırlanmasına diqqət yetirmək lazımdır. Media kiçik reytinqə görə ailə dəyərlərinə zərər verən yayımlardan çəkinməli, müvafiq qurumlar tərəfindən medianın ailəyə zərər verə biləcək yayımlara nəzarəti gücləndirilməli və cəza mexanizmləri sərtləşməlidir. Cəmiyyətin bütün üzvlərinin, bütün institutlarının ailənin cəmiyyət və dövlət üçün əhəmiyyətini, müqəddəsliyini dərk etməsi, ailə dəyərlərinə məsuliyyət hissi ilə yanaşmaları vacibdir.

Qaxda ev əşyaları ilə birgə yanıb
Qaxda ev əşyaları ilə birgə yanıb
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Şirvan sakini "patı" ilə yaxalandı
Şirvan sakini "patı" ilə yaxalandı
Loading Bars
Xəbər lenti
Mixeil Saakaşvili Gürcüstan sərhədini qanunsuz keçməkdə ittiham olunub
Ermənilər Xankəndidə yaşamaqdan imtina edir? - AÇIQLAMA
Daha 52 imtiyazlı şəxs sanatoriya-kurort, müalicə mərkəzlərinə yola salınıb
Prezident İlham Əliyev: Vejnəli qızıl yatağının qanunsuz istismarında iştirak edən xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib
Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb
Prezident İlham Əliyev: Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq
Azərbaycan qida məhsullarının idxalını 15 faizdən çox azaldıb
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr göstərir ki, istədiyimizə nail oluruq
Prezident İlham Əliyev: Biz ordumuzu, iqtisadiyyatımızı, beynəlxalq mövqelərimizi genişləndirdik və istədiyimizə nail olduq
Azərbaycan əhalisi pullarını əsasən bu məhsullara xərcləyib
Prezident İlham Əliyev: Uzun fasilədən sonra - 27 il erməni işğalından sonra artıq Zəngilan Vətənə qayıtdı
Prezident İlham Əliyev: Bu, hamımızın qələbəsidir, Azərbaycan xalqının qələbəsidir
Prezident İlham Əliyev: Çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq
ABB-də kiçik sahibkarlar üçün Payız kampaniyası başlandı!
David Babayanın Rusiyaya səfəri şəxsi xarakter daşıyır - Səfirlik
Naxçıvanda hərbi hissələr qışa tam hazırdır (FOTO/VİDEO)
Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə növbəti “Beynəlxalq Zəfər düşərgəsi”nin açılışı olub (FOTO)
4 nəfərin ölümünə səbəb olan şirkət rəhbəri ittihamları rədd etdi
Vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb edən "baş redaktor"un əməlləri ifşa olunub
Azərbaycan-Xorvatiya biznes forumu keçirilib (FOTO)
Ali Hərbi Məktəbdə baş leytenant Rəşad Rəhimovun xatirəsi anılıb (FOTO/VİDEO)
Bitkoinin qiyməti tarixi rekordu yenilədi
YAP-da gender bərabərliyi və qadın hüquqları ilə bağlı konfrans keçirilib (FOTO)
Bəsitçay Dövlət Təbiət Qoruğunun fəaliyyəti bərpa edilir - SƏRƏNCAM
Nərmin Quliyevanın ölümü ilə bağlı ifadələr məhkəmədə ziddiyyət yaratdı
Ərəb Ölkələri üzrə Azərbaycanlıların Koordinasiya Şurası təsis olunub (FOTO)
ABŞ-da partlayış təhdidinə görə hərbi baza bağlanıb
Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı vəsait ayrıldı - SƏRƏNCAM
Ceyhun Bayramovla ABŞ Dövlət Katibinin köməkçisi arasında telefon danışığı olub
Qaxda ev əşyaları ilə birgə yanıb
Oktyabrın 21-nə USD/AZN rəsmi məzənnəsi
Rusiyada pandemiya ilə əlaqədar noyabrın əvvəli qeyri-iş həftəsi elan edilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşüblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Zəngilan” yarımstansiyasının açılışında iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva DSX-nin Zəngilandakı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilanda “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar (VİDEO)
Abşeronda şəhid Rəşad Mehdiyevin xatirəsinə ucaldılan abidə-bulaq kompleksinin açılışı olub (FOTO)
"Rebuild Karabakh" sərgisi çərçivəsində KOBİA-nın stendində yerli və xarici iş adamlarının işgüzar görüşləri keçirilir (FOTO)
Bal yarmarkasına təqdim olunan 64 nümunə tələblərə cavab verməyib
Bakı-Sumqayıt istiqamətində qatarların sayı artırılır (FOTO)
Həbsdə olan jurnalistin cinayət işi məhkəməyə göndərildi
Bakıdakı bal yarmarkası noyabrın 7-dək davam edəcək (FOTO) (ƏLAVƏ OLUNUB)
Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim davam edir (VİDEO)
İran yerli şirkətlərinə Qarabağa qanunsuz yük daşımağı qadağan etdi
“Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi keçiriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 303 nəfər COVID-19-a yoluxub, 16 nəfər vəfat edib
Diaspor gəncləri Ermənistanın müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlara müraciət ediblər
Binəqədidə mağazaları qarət edənlər kameraya düşdü - Anbaan görüntülər (FOTO/VİDEO)
Unibank biznes üçün onlayn məhsulları komissiyasız etdi
Dövlət Rəqs Ansamblı beynəlxalq festivalda birinci yeri tutub
Digər respirator xəstəliklər ötən illərlə müqayisədə azalıb - Təyyar Eyvazov
2022-ci ildən iqtisadi islahatların yeni mərhələsi başlayır - Vüsal Qasımlı
Koronavirusa yoluxmaların artacağı gözlənilir - İnfeksionist
Yoluxmalara görə məktəblər bağlana bilərmi? - İnfeksionist açıqladı
Şirvan sakini "patı" ilə yaxalandı
Peyvəndin yan təsirləri nə dərəcədə təhlükəlidir? - AÇIQLAMA
Koronavirusun simptomları dəyişib - İnfeksionist
Metro qatarında nasazlıq yarandı, intervalda gecikmə oldu
Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı artıb - Nazir
44 günlük Vətən müharibəsində Füzuli əməliyyatının önəmi
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyini davam etdirir
İranda daha 162 nəfər koronavirusdan ölüb
Şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olanlara 50 mənzil verildi (FOTO)
Gedik Holdinq Azərbaycanda (FOTO)
3 kiloqrama yaxın "patı" ilə tutulan şəxsə hökm oxundu
Hədəfimiz bərpa olunan enerji payını 30 faizə çatdırmaqdır - Nazir
Qarabağda bir sıra böyük layihələrin məhz xarici investisiya hesabına həyata keçirilməsi əsas prioritetlərimizdəndir - Pərviz Şahbazov
Zəngəzurun giriş qapısı Zəngilan (FOTO)
Daha bir universitetdə bir neçə qrup distant təhsilə keçib
Qusar xəstəxanasının direktoru rüşvət alarkən cinayət başında yaxalanıb
Gələn il “Böyükşor”da üzən günəş elektrik stansiyasının istismara verilməsi planlaşdırılır - Nazir
Bal yarmarkasında məhsulun qiyməti necə müəyyənləşdirilir?
Bakıda gəlnini qətlə yetirən qayınataya 18 il həbs cəzası verildi
Son bir ilə yaxın müddətdə “Azercell könüllüləri” minlərlə ailəni sevindirib
Pandemiya arıçılara mənfi təsir edib - Nazirlik rəsmisi
Gürcüstan Azərbaycan vətəndaşları üçün ölkəyə daxil olma qaydalarını asanlaşdırıb
Əsas planımız mikro və aqro-sahibkarlar seqmentində kredit portfelini artırmaqdır
Rusiyada koronavirusdan ölüm hallarında yeni rekord qeydə alınıb
Riteylerə kömək: kassa sistemi vasitəsilə gəliri necə artırmaq və milyonlara qənaət etmək olar
Ermənistan kommunikasiyaların açılması üçün əməli addımlar atmalıdır - Ceyhun Bayramov
Azərbaycan Xorvatiyanın strateji tərəfdaşıdır - XİN rəhbəri
Cənubi Koreya sahillərində Çinə məxsus qayıq batıb
Yol polisi Bakıda səkiləri zəbt edən sürücülərə qarşı tədbirlərə başladı (FOTO/VİDEO)
Azərbaycan Xorvatiyadan minaların təmizlənməsi üçün avadanlıqlar alır - Ceyhun Bayramov
Türkmənistan türkdilli ölkələrin xəbərlərini yayımlayan Türk Dünyası (Turkic.World) layihəsinə qoşuldu (FOTO)
Azərbaycanla Xorvatiya arasında 7 sənədin razılaşdırılması üzərində iş aparılır
Çıraq platformasında hasilat bərpa edilib
Xorvatiya şirkətlərinin Qarabağda bərpa işlərinə cəlb olunması müzakirə edilib
Azərbaycanla Xorvatiya arasında mütəmadi siyasi məsləhətləşmələrin keçirilməsi razılaşdırılıb - Ceyhun Bayramov
Vətən müharibəsində ƏƏSMN-in 101 əməkdaşı iştirak edib (VİDEO)
Sabah hava necə olacaq?
Mingəçevir Dövlət Universiteti mini-futbol üzrə şəhər turnirinin qalibi olub (FOTO)
FHN qanunsuz çalışan ocaqxanaların fəaliyyətini dayandırıb (FOTO/VİDEO)
Daha bir marşrut xəttində “BakuBus” avtobusları işləyəcək
Mövcud yoluxma hallarına görə bütün məktəblərin bağlanması effektiv deyil - Ekspert
“Xudafərin” və “Qız Qalası” SES-in inşasının 2024-cü ilədək tamamlanması planlaşdırılır - Nazir
Bütün xəbərlər