...

Bakıda uşaqların lentə aldığı insan alveri ilə bağlı üç film nümayiş etdirilib

Cəmiyyət Materials 17 May 2013 13:37 (UTC +04:00)
Bu gün Bakıda uşaqlar tərəfindən çəkilmiş insan alveri ilə bağlı üç film nümayiş etdirilib. Trend-in məlumatına görə, “Unudulmiş səslər” adlı bu layihə Azərbaycan Uşaqlar Birliyi tərəfindən ABŞ-ın Azərbaycandakı Səfirliyinin kiçik qrantlar hesabına həyata keçirilir.
Bakıda uşaqların lentə aldığı insan alveri ilə bağlı üç film nümayiş etdirilib

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda uşaqlar tərəfindən çəkilmiş insan alveri ilə bağlı üç film nümayiş etdirilib. Trend-in məlumatına görə, "Unudulmiş səslər" adlı bu layihə Azərbaycan Uşaqlar Birliyi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyinin kiçik qrantlar hesabına həyata keçirilir.

Layhihə haqqında məlumat verən Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə qeyd edib ki, layihə çərçivəsində Bakının Binəqədi, Sabunçu, Yasamal və Azərbaycanın digər rayonlarında aztəminatlı ailələrlə iş aparılıb, onlara hüquqi və psixoloji yardım göstərilib.

Eləcə də aztəminatlı ailələrdən olan, insan alverinin potensial qurbanı ola biləcək uşaqlara təlimlər keçirilib, onlara insan alveri və onun təhlükələri haqqında məlumat verilib.

Tədbirdə, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da çıxış edib. Səfir bu layhənin əhəmiyyətini qeyd edərək bu işlərin gələcəkdə də davam etməsinin vacibliyini vurğulayıb. Səfir qeyd edib ki, Azərbaycan insan alverinə qarşı mübarizədə böyük irəliləyişlər əldə edib. Səfir qeyd edib ki, ABŞ bu sahədə həmişə Azərbaycanla sıx əməkdaşlıq edib və bundan sonra bu əməkdaşlıq daha da genişləndiriləcək.

Səfirin sözlərinə görə, bu sahədə Azərbaycana yardım göstərmək məqsədi ilə ABŞ-dan mütəxəsislərin Azərbaycana gəlməsi və eyni zamanda azərbaycanlıların ABŞ-a göndərilməsi davam etdiriləcək.

Daha sonra tədbirdə çıxış edənlər də layihənin əhəmiyyətini vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti