...

Krımda Ukraynada yaşayan türk xalqlarının konfransının keçirilməsi planlaşdırılır

Cəmiyyət Materials 23 May 2013 15:02 (UTC +04:00)
Krımda bu ilin payızında Ukraynada yaşayan türk xalqlarının konfransının keçirilməsi planlaşdırılır.
Krımda Ukraynada yaşayan türk xalqlarının konfransının keçirilməsi planlaşdırılır

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir M.Əliyev/

Krımda bu ilin payızında Ukraynada yaşayan türk xalqlarının konfransının keçirilməsi planlaşdırılır.

Trend-in məlumatına görə, Ukrayna Azərbaycanlıları Konqresindən bildiriblər ki, bu barədə qərar Kiyevdə "Ukraynada türk faktoru: yerli xalqlar nə istəyir?" mövzusunda keçirilən dəyirmi masada qəbul olunub.

UAK sədri Rövşən Tağıyev dəyirmi masada çıxışı zamanı bildirib ki, Ukraynada yaşayan türdilli xalqlar bu ölkənin tamsəlahiyyətli üzvləridir, onlar ölkənin iqtisadi, siyasi və mədəni həyatında aktiv rol oynayırlar.

Onun sözlərinə görə, Krımda keçiriləcək konfransda mədəni və milli inkişaf, konstitusiya islahatlarında, ölkənin ictimai və siyasi həyatında aktiv iştirak məsələlərinə həsr olunacaq.

Ukrayna Vətəndaş Konstitusiya Konqresinin sədri Yuri Zbitnev öz çıxışında bildirib ki, Azərbaycan və Türkiyənin də təmsil olunduğu Türkdilli ölkələrin Parlament Assambleyasına konfransın işində müşahidəçi kimi iştirak etməklə bağlı müraciət ünvanlanacaq.

Ukrayna Vətəndaş Konstitusiya Konqresinin üzvü Timur Masautov isə çıxışında bildirib ki, əsas fikir türkdilli ölkələrlə münasibətlərə və milli humanitar layihələrə yönələcək. Onun sözlərinə görə, Ukraynada bu gün türkdilli xalqların bir milyondan çox nümayəndəsi yaşayır.

Konfransda ictimai xadimlərin, ekspertlərin, türkdilli xalqların nümayəndələrinin iştirak edəcəkləri gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti