...

Bakıda Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 29 May 2013 14:38 (UTC +04:00)
Bu gün Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib.
Bakıda Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 29 may /Trend, müxbir İ.İzzət /

Bu gün Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən Milli Tolerantlıq Mərkəzinin beynəlxalq təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimatda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bildirib ki, Milli Tolerantlıq Mərkəzinin yaradılması ideyası Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən irəli sürülüb.

İskəndərov bildirib ki, tolerantlıq müxtəlif məkanları, tarixləri birləşdirir, islami dəyərləri özündə əks etdirir. Azərbaycanın coğrafi şəraiti bunu həyata keçirməyə imkan verir. Onun sözlərinə görə, Azərbaycan dövlətinin, hökumətinin dini siyasəti müsbət baxımdan dünyəvi cəmiyyətin yaranmasına yönəlib: "Məscidlərin, sinaqoqların tikilməsini müsbət dünyəvilik adlandırmaq olar".

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev isə çıxışında deyib ki, forumun keçirilməsi əhəmiyyətlidir. Bu forumun keçirilməsində əsas məqsəd bütün dünya ölkələrini bir-birinə yaxınlaşdırmaqdır.

İSESKO-nun Baş katibi Əbdüləziz Osman Əl-Türeycri bildirib ki, Azərbaycanda Milli Tolerantlıq Mərkəzinin yaradılması vaxtında atılmış addımdır. O, bu mərkəzin yaradılmasının dünyaya nümunə olacaq bir model olduğunu deyib.

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser isə çıxışında deyib ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində xüsusi rol oynacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti