...

“AtaTravel” MMC Malayziya turistlərini Azərbaycanla tanış edir

Cəmiyyət Materials 29 May 2013 14:46 (UTC +04:00)
“AtaTravel” MMC-nin təşkilatçılığı ilə Malayziyadan Azərbaycanın paytaxtına turist qrupu gəlmişdir. Bu barədə çərşənbə günü Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.
“AtaTravel” MMC Malayziya turistlərini Azərbaycanla tanış edir

Azərbaycan, Bakı, 29 may /Trend/

"AtaTravel" MMC-nin təşkilatçılığı ilə Malayziyadan Azərbaycanın paytaxtına turist qrupu gəlmişdir. Bu barədə çərşənbə günü Trend-ə şirkətdən daxil olan məlumatda deyilir.

"AtaTravel" MMC nümayəndələri qrupa Bakı şəhərinin görməli yerlərini, Azərbaycanın regionlarının kurort zonalarını göstərir, Azərbaycan xalqının zəngin tarixi, mədəniyyəti, milli mətbəxi ilə tanış edirlərlər və səfərin sonunda qrup Gürcüstana yola düşəcək. "AtaTravel" MMC-nin baş direktoru Vüsal Əliyev bu səfərin əhəmiyyətini qeyd edərək, bildirmişdir: "Bu, ölkəmizə artan marağın göstəricisi və şirkətimizin uğurlu xarici fəaliyyətinin nəticəsidir. Xüsüsən uzag ölkələrdən gələn gonaqlar üçün Azərbaycan və Gürcüstan üzrə kombinə edilmiş turlar həyata keçirilir və bunlar getdikcə populyarlaşır".

Uzaq Malayziyadan gəlmiş qonaqlar Odlar yurdundakı ilk anlardan Bakıdakı möhtəşəm quruculuq işlərinin panoramına, onun qədim arxitekturasının ultramüasir qurğularla unikal ahənginə heyran qalmışlar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaTravel" MMC turizm agentliyi 2011-ci ildə təsis edilmişdir. "AtaTravel" MMC turizm agentliyi dünyanın istənilən nöqtəsinə səfərlər üzrə çoxsaylı xidmətlər təqdim edir. Şirkət öz müştərilərinə otellərin, transferlərin, təyyarə biletlərinin və turların, sığorta və vizaların qabaqcadan bronlaşdırılması üzrə xidmətlər göstərir.

Həmçinin, əlverişli şərtlərlə kreditlə tur-paketlər əldə etmək mümkündür.
"AtaTravel" MMC-nin xidmətləri barədə daha geniş məlumat almaq üçün internetdə http://www.facebook.com/AtaTravelLtd?fref=ts səhifəsinə müraciət etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti