...

Nasir Əbdüləziz əl-Naser: Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin böyük əhəmiyyəti var

Cəmiyyət Materials 30 May 2013 11:51 (UTC +04:00)
Bakıda mədəniyyətlərin bir araya gəldiyi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var.
Nasir Əbdüləziz əl-Naser: Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinin böyük əhəmiyyəti var

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir S. Əliyev/

Bakıda mədəniyyətlərin bir araya gəldiyi II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu kimi tədbirlərin keçirilməsinin böyük əhəmiyyəti var. Trend-in məlumatına görə, bunu cümə axşamı BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser "Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşama" şüarı altında keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda bildirib.

Onun sözlərinə görə, bu tədbir müasir dünyada müxtəliflik və inkluzivliyin göstəricisidir: "Bu, bizim üçün ksenofobiya və marqinalizasiyanın yolverilməzliyinə aid çox zəruri kompasdır".

Onun sözlərinə görə, təəssüf ki, dünyanın bəzi regionlarında hələ də bir millətin digər milətə qarşı dözümsüzlük təzahürləri var və bu hal çox təhlükəlidir: "Hər cəmiyyətin ldieri üçün buna yol verməmək vacib vəzifədir. Biz dövlət başçılarından buna məsuliyyətlə yanaşmağı tələb edirik".

Əl-Naser qeyd edib ki, belə hallara yol verməmək məqsədi ilə Sivilizasiyalar Alyansı yaradılıb, Alyansın çox böyük önəmi var.

Ali nümayəndə deyib ki, bu işdə KİV, biznes sektoru və vətəndaş cəmiyyəti birgə iştirak etməlidirlər.

Onun fikrincə, yeni mentallıq və müxtəlifliyiə qarşı yeni münasibət yeni reallıq yaradacaq: "Ümid edirəm ki, Bakıda müzakirə edəcəyimiz məsələlər dünyanı hər yerində əks-səda doğuracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti