...

Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlar ciddi cəzalandırılacaqlar

Cəmiyyət Materials 31 May 2013 14:09 (UTC +04:00)
Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının son plenar iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub.
Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlar ciddi cəzalandırılacaqlar

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda qanunsuz qeysəriyyə kəsiyi əməliyyatı aparanlar ciddi cəzalandırılacaqlar.

Trend-in məlumatına görə, Milli Məclisin yaz sessiyasının son plenar iclasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə olunub.

Əlavəyə görə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslər 5 min manatdan 7 min manata qədər, hüquqi şəxslər isə 10 min manatdan 15 min manata qədər cərimə olunacaqlar.

Milli Məcliasin sədri Oqtay Əsədov qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, son vaxtlar hamilə qadınların USM müayinəsindən keçməsi məsələsi çox geniş yayılıb və bunun nəticəsində qeysəriyyə əməliyyatlarının sayı artıb: "Mən bunu çox neqativ hal hesab edirəm, Allahın işinə müdaxilə kimi qiymətləndirirəm. Biz gələcəkdə bunun qarşısının alınmasını və Azərbaycanda qadağan olunmasını düşünməliyik".

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev isə çıxışında qeyd edib ki, uşaqların cinsinin əvvəlcədən müəyyən olunması və selektiv abortlarla bağlı məsələ "Reproduktiv sağlamlıq haqqında" qanunda öz əksini tapacaq və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Deputat Aytən Mustafayeva da bildirib ki, belə hadisələr ciddi demoqrafik dəyişikliyə gətirib çıxara bilər və bu səbəbdən selektiv abortlara qarşı çıxmaq lazımdır.

Deputat Rəfael Cəbrayılov da spiker Oqtay Əsədovun fikrini dəstəkləyərək bildirib ki, Azərbaycanda bu sahədə vəziyyət acınacaqlıdır. O deyib ki, 2012-ci il üçün rəsmi statistik məlumata görə, qeysəriyyə əməliyyatı nəticəsində 14% oğlan, 46% qız uşağı götürülüb.

Məcəlləyə əlavə qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti