...

Bakıda Fanta Gənclik Festivalı keçirilib

Cəmiyyət Materials 3 İyun 2013 16:11 (UTC +04:00)
İyunun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda son onillikdə Türkiyənin ən irimiqyaslı musiqi hadisəsi - Fanta Gənclik Festivalı keçirilib.
Bakıda Fanta Gənclik Festivalı keçirilib

Azərbaycan, Bakı, 3 iyun /Trend/

İyunun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda son onillikdə Türkiyənin ən irimiqyaslı musiqi hadisəsi - Fanta Gənclik Festivalı keçirilib.

Gün ərzində müxtəlif müsabiqələr və maraqlı attraksionlarla zəngin əyləncəli proqram baş tutdu, axşama doğru isə türk estradasının ulduzu - Emre Aydının iştirakı ilə musiqili şou başladı. Həmçinin, tədbirdə "Eurovision" müsabiqəsinin qalibi Nikki Camal, Miri Yusif, Uran və DJ Shock çıxış etdilər.

Festivala bileti yarımlitrlik "Fanta Portağal"ın 5 qızılı qapağını bilet məntəqələrinə təhvil verməklə əldə etmək mümkün oldu. Musiqi bayramı çərçivəsində müsabiqə elan edilmişdi. Onun qalibləri şəxsən Emre Aydınla görüşüb ünsiyyətdə olaraq "Fanta" dada bildilər. Müsabiqə Fanta-nın Facebook sosial şəbəkəsindəki səhifəsində keçirilib. Qalib gəlmək üçün müsabiqə iştirakçıları sadəcə öz səhifələrində Fanta-nın Facebook səhifəsindən (https://www.facebook.com/fanta?fref=ts) istənilən xəbəri paylaşıb mümkün qədər çox "layk" yığmalı idilər.

Müsabiqə may ayı ərzində keçirilmişdi və hər həftə 3 qalib seçilmişdi. Nəticədə 12 bəxtəvər festivala bilet və Emre Aydınla görüşmək imkanını əldə etmişdir.

Fanta Gənclik Festivalı artıq 11 ildir ki Türkiyədə keçirilir. Keçən yay festival Türkiyənin 16 şəhərində baş tutmuş və görünməyən coşqu yaratmışdır. Festivalın super ulduzu isə Tarkan olmuşdur. Layihənin miqyası və Azərbaycanda ona göstərilən maraq heç də Türkiyədəkindən geridə qalmadı. Gözləndiyi kimi də Bakıdakı Festivala 30 000 çox adam qatılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti