...

Bakıda atəşfəşanlıq olacaq

Cəmiyyət Materials 10 İyun 2013 12:02 (UTC +04:00)
15 iyun - Milli Qurluşu Günü ilə əlaqədar Bakıda böyük konsert və atəşfəşanlıq keçiriləcək.
Bakıda atəşfəşanlıq olacaq

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Bakı Şəhər İcra Hakimiyyəti 15 iyun - Milli Qurtuluş Günü ilə əlaqədar paytaxtda tədbirlər keçirəcək.

Bakı Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, ötən illərdə olduğu kimi, bu il də iyunun 15-də əvvəlcə Dənizkənarı Milli Parkda ölkənin tanınmış müğənnilərinin iştirakı ilə böyük konsert keçiriləcək. Konsertin sonunda isə atəşfəşanlıq olacaq. Tədbirlərin axşam saatlarında keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti