...

Hirkan Milli Parkında daha bir bəbir qeydə alındı

Cəmiyyət Materials 10 İyun 2013 14:59 (UTC +04:00)
Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin Hirkan Milli Parkında keçirdiyi monitorinqlər zamanı foto-tələlər vasitəsilə daha bir Qafqaz bəbirinin fotoşəkli çəkilib.
Hirkan Milli Parkında daha bir bəbir qeydə alındı

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin Hirkan Milli Parkında keçirdiyi monitorinqlər zamanı foto-tələlər vasitəsilə daha bir Qafqaz bəbirinin fotoşəkli çəkilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, ötən il oktyabrın 25-də Hirkan Milli Parkının ərazisində quraşdırılmış foto-tələlər vasitəsilə bəbirin fotoşəkli çəkilmişdi. Bu faktlar son illərdə Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərində heyvanat aləminin mühafizəsi tədbirlərinin gücləndirilməsinə, ekoloji maarifləndirmə işlərinin aparılmasına real nümunə hesab olunur və nəticə etibarilə bəbirin yaşaması, onun qida obyektləri olan iridırnaqlı heyvanların (beoar keçi, muflon və s.) sayının artması üçün təhlükəsiz şəraitdən xəbər verir.

Son illər Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA (Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq) beynəlxalq ekoloji kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən "Böyük beşlik" proqramı çərçivəsində gördüyü işlər də öz bəhrəsini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti