...

USAID və Azərbaycan hökuməti arasında səhiyyə sahəsində əməkdaşlığın 10 illiyi qeyd edilib

Cəmiyyət Materials 10 İyun 2013 17:37 (UTC +04:00)
Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti arasında Azərbaycanda səhiyyənin gücləndirilməsi naminə uğurlu əməkdaşlığın 10 illiyi qeyd edilib.
USAID və Azərbaycan hökuməti arasında səhiyyə sahəsində əməkdaşlığın 10 illiyi qeyd edilib

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir S.Əhmədova/

Bakıda ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan hökuməti arasında Azərbaycanda səhiyyənin gücləndirilməsi naminə uğurlu əməkdaşlığın 10 illiyi qeyd edilib.

Trend-in məlumatına görə, tədbirdə hökumət rəsmiləri, vətəndaş cəmiyyətinin və səhiyyə sektorunun nümayəndələri, həmçinin ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar iştirak edib.

Tədbirdə çıxış edən səfir bildirib ki, indi Azərbaycanın bir çox səhiyyə işçiləri daha təhlükəsiz doğuşlar həyata keçirir, yeni doğulmuş körpələrə daha yaxşı qulluq edir və vərəmin aşkarlanması və müalicəsində daha yaxşı nəticələr əldə edirlər.

O, həmçinin qeyd edib ki, Birləşmiş Ştatlar səhiyyə və təhsilə hökumət tərəfindən daha çox sərmayə qoyulmasını və bu sərmayələrin bütün Azərbaycan xalqı üçün öz bəhrəsini verməsini istəyir.

10 illik əməkdaşlıq çərçivəsində əldə olunmuş əsas nailiyyətlərə səhiyyə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində Səhiyyə Nazirliyinin bacarıqlarının artırılması, sübutlu təbabətin klinik protokolların tətbiq edilməsi vasitəsilə təqdim olunması, elektron səhiyyə informasiya sisteminin yaradılması, bölgələrdəki səhiyyə xidmətləri müəssisələrinə nəzarət imkanının artırılması və vərəm sahəsində qayğı və müalicə ilə əlaqədar kompleks məlumatları özündə birləşdirən məlumat bazasının yaradılması daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti