...

Elşad İskəndərov Zaqatalada şimal-qərb bölgəsinin sakinlərini qəbul edəcək

Cəmiyyət Materials 12 İyun 2013 13:31 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vətəndaşları qəbul edəcək.
Elşad İskəndərov Zaqatalada şimal-qərb bölgəsinin sakinlərini qəbul edəcək

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İ.İzzət/

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov vətəndaşları qəbul edəcək.

Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov iyunun 15-də, saat 14:00-da Zaqatala şəhərində, Rayon Mədəniyyət Evində vətəndaşlar üçün açıq qəbul keçirəcək.

Qəbulda Zaqatala ilə yanaşı Balakən, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlardan Dövlət Komitəsinin Şimal-Qərb bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti