...

BMT-nin Baş katibi dövlət qulluçularına müraciət etdi

Cəmiyyət Materials 22 İyun 2013 11:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İzzət/

BMT-nin Baş katibi Pan Gi Mun 23 iyun - Birləşmiş Millətlər Təşkilatı Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb.

BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Trend-ə verilən məlumata görə, Baş katib çıxışında deyib ki, artıq uzun zamandır ki, Birləşmiş Millətlər Təşkilatı düzgün idarəetmə və effektiv dövlət idarəçiliyinin vacibliyini qeyd edib və tanıyıb. Hazırda 2015-ci ildən sonrakı gündəliyi müəyyən etmək üçün davam edən qlobal məsləhətləşmələr də onların bütün inkişafın mərkəzində durduğunu bir daha təsdiq edir:

"Birləşmiş Millətlər Təşkilatı Dövlət Qulluğu Günü ölkələri dövlət qulluqçuların ictimaiyyətin inkişafına verdikləri töhfələri qeyd etməyə səsləyir.

Bir-birləri ilə qarşılıqlı surətdə bağlı olan cari problemlərin həlli üçün düzgün, uzaqgörən dövlət qanunları, o cümlədən özündə ən yoxsul və zəif təbəqəni birləşdirməklə birliyi təcəssüm etdirən şəffaf, məsuliyyətli hökumət strukturlarına ehtiyac var."

Onun sözlərinə görə, 2013-cü il BMT Dövlət Qulluğu mükafatları dövlət qulluğunun daha effektiv, innovativ və bərabərlik prinsipi ilə yerinə yetirilə biləcəyini göstərir. Bu mükafatların qalibləri özlərində mükəmməlliyin əsas göstəricilərini - öhdəlik və məsuliyyət, işdən qorxmamaq və innovasiya, istedad və texnologiya biliklərini daşıyırlar:

"Mən dünyanın hər yerində fəaliyyət göstərən dövlət qulluqçularını hər kəs üçün daha bütöv, insanların rifahını qoruyan və davamlı gələcək qurmaq naminə yorulmadan çalışmağa çağırıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti