...

Təhsil Nazirliyi Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərən şirkətlərlə bağlı açıqlama verdi

Cəmiyyət Materials 27 İyun 2013 12:09 (UTC +04:00)
Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərməkləö məşğul olan şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır.
Təhsil Nazirliyi Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərən şirkətlərlə bağlı açıqlama verdi

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Rusiya və Ukraynanın ali məktəblərinə tələbə göndərməklə məşğul olan şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır.

Trend-in Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumatına görə, xarici ölkələrə tələbə qəbulunu həyata keçirən şirkətlər Təhsil Nazirliyində akkreditasiyadan keçmirlər: "Bu tip şirkətlərin Təhsil Nazirliyinin adından istifadə etmələri onların qanun qarşısında məsuliyyətini yaradır. Nazirlik bu halda müvafiq dövlət orqanları qarşısında məsələ qaldırmaq hüququna malikdir".

Rusiya və Ukraynada ali təhsil almış Azərbaycan vətəndaşlarının ali təhsil haqqında sənədlərinin tanınması məsələsinə gəlincə, nazirlik bildirib ki, əgər tələbə təhsil aldığı ölkənin qanunları çərçivəsində ali məktəbə qəbul olunmuşsa və ali təhsil müəssisəsi həmin ölkə tərəfindən tanınırsa, o zaman müraciət edən şəxsin ali təhsil haqda sənədləri müvafiq qaydada nostrifikasiya prosedurları keçdikdən sonra ölkə ərazisində tanınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti