...

Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrların 8996 nəfəri ixtisas seçiminə buraxılıb

Cəmiyyət Materials 27 İyun 2013 12:45 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.
Azərbaycanda magistraturaya qəbul olmaq istəyən bakalavrların 8996 nəfəri ixtisas seçiminə buraxılıb

Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün Azərbaycan ali təhsil müəssisələrinin magistraturalarına iyunun 23-də keçirilmiş qəbul imtahanlarının ikinci mərhələsində iştirak edən 11274 bakalavrdan 8996 nəfəri müsabiqə şərtini ödəyərək ixtisas seçiminə buraxılıb.

Komissiyadan Trend-ə verilən məlumata görə, bu il magistratura səviyyəsinə qəbul 60 proqram üzrə aparılır və 6794 plan yeri ayrılıb.

İki mərhələdə keçirilən imtahanın nəticələrinə əsasən maksimum nəticə 144 bal olmuşdur.

Müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 30-dək internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.

Müsabiqəyə yalnız ixtisaslaşma seçimini edib təsdiqləyən bakalavrlar buraxılacaqlar.

Qəbul aparılan ixtisaslaşmaların siyahısı "Magistr" xüsusi buraxılışının 2013-cü il 4-cü sayında təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti