...

Yaxın iki gün ərzində paytaxt Bakıda şimal küləyi əsəcək

Cəmiyyət Materials 8 İyul 2013 13:08 (UTC +04:00)
İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.
Yaxın iki gün ərzində paytaxt Bakıda şimal küləyi əsəcək

Azərbaycan, Bakı, 8 iyul /Trend, müxbir İ.İsabalayeva/

Yaxın iki gün ərzində paytaxt Bakıda şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 9-da Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi üstünlük təşkil edəcək.

İyulun 9-da Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-24, gündüz 28-33 dərəcə isti proqnozlaşdırılır.

Bakı və Abşeron yarımadasında iyulun 10-da hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Şimal-qərb küləyi nisbətən güclənəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin gecə və axşam saatlarında bəzi yerlərlərdə şimşək çaxacaq leysan xarakterli yağış yağacağı gözlənilir.

İyulun 9-da Azərbaycanın rayonlarında gecə 19-24, gündüz 31-36 dərəcə, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacaq. İyulun 10-da isə havanın temperaturu gecə 19-24, gündüz 31-37 dərəcə, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti