...

Son 10 ildə Azərbaycanda 500 tibb müəssisəsi tikilib

Cəmiyyət Materials 12 İyul 2013 10:43 (UTC +04:00)
Quliyev həmçinin Bakıda keçirilən konqresin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konqresin Azərbaycanda keçirilməsi Azərbaycanda tibb sahəsində mühüm irəliləyişlərin əldə olunmasından xəbər verir.
Son 10 ildə Azərbaycanda 500 tibb müəssisəsi tikilib

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.Mehdiyev/

Son 10 ildə Azərbaycanda 500 tibb müəssisəsi tikilib və yaxud yenidən qurularaq ən müasir tibb avadanlıqları ilə təchiz edilərək istifadəyə verilib. Trend-in məlumatına görə, bu barədə Səhiyyə Nazirliyinin baş pediatrı, Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatrlar Birliyinin prezidenti Nəsib Quliyev I Bakı Beynəlxalq Neonatoloji Konqresinin açılışında çıxış edərkən deyib.

Quliyev həmçinin Bakıda keçirilən konqresin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, bu konqresin Azərbaycanda keçirilməsi Azərbaycanda tibb sahəsində mühüm irəliləyişlərin əldə olunmasından xəbər verir.

Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Səhiyyə Nazirliyi ilə Avropa Neonatoloqlar Birliyi arasında əldə edilmiş razılaşmaya əsasən iyulun 12-13-də Avropa Neonatoloqlar Assosiasiyası ilə birgə I Bakı Beynəlxalq Neonatoloji Konqres keçirilir.

Konqresin işində Almaniya, İtaliya, Türkiyə, Norveç, Finlandiya, Rusiya və Gürcüstan kimi dövlətlərdən 250 dən artıq dəvət olunmuş mütəxəssislər iştirak edir. Konqresin plenar iclasında Avropadan gəlmiş məşhur mütəxəssislərin neonatologiyanın aktual problemlərinə həsr olunmuş məruzələrlə çıxışları planlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti