...

AGBank-ın sponsorluğu ilə şahmat turniri keçirilib

Cəmiyyət Materials 12 İyul 2013 15:28 (UTC +04:00)
"AGBank" ASC daha bir idman yarışına dəstək olub.
AGBank-ın sponsorluğu ilə şahmat turniri keçirilib

Azərbaycan, Bakı, 12 iyul /Trend/

"AGBank" ASC daha bir idman yarışına dəstək olub.

Bankdan cümə günü Trend-ə verilən məlumata görə, iyulun 11-də Day.az media şirkətinin 10 illik yubileyinə həsr olunmuş sahmat turniri AGBank-ın baş sponsorluğu ilə keçirilib

Respublika Şahmat məktəbində 10-12 yaşlı Uşaqlar arasında keçirilən yarış hər kəsin böyük marağına səbəb olub. Şahmat turnirinin sonunda qaliblərə "AGBank" ASC tərəfindən dəyərli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, "AGBank" ASC fəaliyyətə başladığı gündən bir çox sosial layihələrə dəstək olub. Bankın sponsorluğu ilə mədəniyyətimizin, incəsənətimizin və idmanımızın inkişafına yönəlik layihələr reallaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti