...

Türkiyənin Hatay vilayətində nümayişçinin ölümünə etiraz olaraq aksiya keçirilir

Cəmiyyət Materials 13 İyul 2013 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Hatay vilayətində İstanbulun Taksim meydanında polis və nümayişçilər arasında baş vermiş qarşıdurma nəticəsində 20 yaşlı gəncin ölümünə etiraz olaraq aksiya keçirilir. Bu barədə Trend "CNN Türk" telekanalına istinadən məlumat verir.

Məlumatda bildirilir ki, Hatay vilayətində doğulan Əli İsmayıl Qorxmaz iyun ayının əvvəllərində Gezi parkının məhv edilməsinə qarşı nümayişlər zamanı ağır yaralanıb. Ali İsmayıl Qorxmaz iyulun 11-də vəfat edib.

İlkin məlumata görə, polislə toqquşmalar zamanı bir nümayişçi ağır, daha üç polis isə yüngül yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti