Azərbaycan, Bakı, 19 iyul /Trend, müxbir E.Hüseynov/
Trend İnformasiya Agentliyi vətəndaş cəmiyyətinə göstərdiyi informasiya dəstəyinə görə diplomla mükafatlandırılıb. Diplomu "Türkiyə Universitetləri Məzunları" (TUMİB) İctimai Birliyinin rəhbəri Çingiz Bayramov Atatürk Mərkəzində baş tutan mərasim zamanı təqdim edib.
Tədbirdə çıxış edən Bayramov bildirib ki, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Gününün 138 illiyi ərəfəsində diplomlar Trend-lə yanaşı bir sıra dövlət, müstəqil və xarici mətbuat orqanlarına verilib.
Jurnalistlərin mükafatlandırılması təşəbbüsü ilə çıxış edən TUİMB rəhbəri bildirib ki, bu KİV oqranları Azərbaycan mətbuatının inkişafına böyük töhfə verib və ölkədə ictimai rəyin formalaşmasında əhəmiyyətli rol oynayırlar.