...

"Yaşıl İqtisadiyyat" ekoloji düşərgə keçiriləcək

Cəmiyyət Materials 20 İyul 2013 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir M.Əliyev/

"İrəli" İctimai Birliyinin Yaşıllar Klubu 2-3 avqustda "Qala" Dövlət Tarix Etnoqrafiya Qoruğunda "Yaşıl İqtisadiyyat" ekoloji düşərgə keçirəcək.

İctimai Birlikdən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu, İDEA və "Təbiət Elmləri" İctimai Birliyinin dəstəyi ilə baş tutacaq "Yaşıl İqtisadiyyat" ekoloji düşərgəsinin keçirilməsində əsas məqsəd ətraf mühitin yaxşılaşdırılması və qorunması ilə əlaqədar cəmiyyəti maarifləndirmək, tullantısız və aztullantılı texnologiyalardan istifadə etməyin ekoloji faydaları barədə məlumatlılığın artırılması və iqtisadi inkişafın ətraf mühitə zərərli təsirlərinin azadılması istiqamətində gənclərin rolunun araşdırılmasıdır.

Azərbaycanın müxtəlif bölgələrindən dayanıqlı inkişaf və yaşıl iqtisadiyyata marağı olan 30 nəfər gənci bir araya gətirəcək düşərgədə iştirakçılar təlimlərə qatılacaq və qrup tapşırıqları həyata keçirəcəklər. 3 gün davam edəcək düşərgə müddətində gənclər tərəfindən ətraf-mühitin mühafizəsi və yaşıl iqtisadiyyat mövzularında layihə təklifləri hazırlayacaqlar. Eyni zamanda, gənclərin SOCAR Ekologiya Parkına ekskursiyası təşkil ediləcək və iştirakçılar Azərbaycanda alternativ enerji mənbələrindən istifadə barədə məlumatlandırılacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti