...

Həftənin ilk iş günü hava yağmursuz olacaq

Cəmiyyət Materials 21 İyul 2013 13:19 (UTC +04:00)
Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.
Həftənin ilk iş günü hava yağmursuz olacaq

Azərbaycan, Bakı, 21 iyul /Trend/

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə verilən məlumata görə, havanın temperaturu gecə 20-25°, gündüz 29-34° isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə isə 27-28° isti olacaq.

Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 30-35° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti