Gürcüstan, Tbilisi, 22 iyul /Trend, müxbir N.Kirsxaliya/
Rəsmi statistikaya əsasən, Gürcüstanda hepatit C xəstəliyi rekord göstəriciyə çatıb. Trend-in məlumatına görə, ölkədə bu xəxtəliyə 200 min nəfər yoluxub və hər il 2 min yeni yoluxma halı qeydə alınır.
Mütəxəssislərin sözlərinə görə, ölüm göstəricisi də yüksəkdir, çünki xəstəliyin müalicəsi baha başa gəlir. Üstəlik, Gürcüstanda hepatit C-nin qarşısının alınması, diaqnostikası və müalicəsi üzrə dövlət proqramı yoxdur. Rəsmi statistika ondan xəbər verir ki, ölkədə yoluxanların yalnız 10 faizi özünü hepatit C-dən müalicə etdirə bilər.
Gürcüstan İctimai Televiziyasının məlumatına görə, hepait C-yə yoluxanların sayına görə Gürcüstan Cənubi Qafqazda birinci yeri tutur.