...

Yerevan meriyası önündə müddətsiz oturaq etiraz aksiyası davam edir

Cəmiyyət Materials 27 İyul 2013 13:46 (UTC +04:00)
Yerevan meriyasının inzibati binası qarşısında müddətsiz oturaq etiraz aksiyası davam edir.
Yerevan meriyası önündə müddətsiz oturaq etiraz aksiyası davam edir

Azərbaycan, Bakı, 27 iyul /Trend/

Yerevan meriyasının inzibati binası qarşısında müddətsiz oturaq etiraz aksiyası davam edir.

Trend-in Armenia Today-ə istinadən verdiyi məlumata görə, aksiya iştirakçıları meriyanın Nəqliyyat idarəsinin rəisi və "Yerevan trans" şirkətinin direktorunun istefasını tələb edirlər.

Etirazçılar tələbləri icra edilməyənədək meriya binası önündə gecə-gündüz qalmağa hazır olduqlarını bildiriblər. Onlar ictimai nəqliyyatda gediş haqqı tariflərinin artırılması barədə qanunsuz qərarın dayandırılması deyil, ləğv edilməsini tələb edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti