...

YAP gəncləri Qocalar Evini ziyarət ediblər (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2013 11:00 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə Müqəddəs Ramazan bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar Evini ziyarət ediblər. Gənclərin topladığı ianələr və təşkilatçıların köməyi hesabına Qocalar evində yaşayan 170 nəfərə yaxın ahıla bayram sovqatları təqdim olunub.
YAP gəncləri Qocalar Evini ziyarət ediblər (FOTO)

Azərbaycan, Bakı, 5 avqust /Trend/

Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyi ilə birgə Müqəddəs Ramazan bayramı münasibətilə Bilgəh qəsəbəsində yerləşən Qocalar Evini ziyarət ediblər. Gənclərin topladığı ianələr və təşkilatçıların köməyi hesabına Qocalar evində yaşayan 170 nəfərə yaxın ahıla bayram sovqatları təqdim olunub.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri burada məskunlaşan yaşlı insanlarla həmsöhbət oldular, onların ürək ağrıdan həyat hekayələrini dinlədilər.

Bu xeyriyyə tədbirinin əsas məqsədi, gənclərimizi orada yaşayan insanların düşdüyü vəziyyətlə tanış etmək, həmçinin ictimaiyyətin diqqətini onların üzərinə çəkməkdən ibarət olub. Bəzən imkansızlıqdan, bəzən isə bütün imkanları ola-ola övladlar öz valideynlərini dövlətin himayəsinə veriblər.

Son illər ölkəmizdə Heydər Əliyev Fondunun rəhbəri, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın dövlət himayəsində olan uşaqlara göstərdiyi qayğı, bu yaşlı insanlardan da yan keçməyib. Hazırda onların yaşadıqları Qocalar evi ən müasir tələblərə uyğun təmir və bərpa edilməkdədir. Bu insanlara göstərilən diqqət ən yüksək səviyyədədir.

Lakin bu ahıl insanların hər zaman bir doğma nəfəsə ehtiyacları vardır. Məhz bu səbəbdən YAP gəncləri o insanları mütəmadi şəkildə ziyarət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti