...

Həftənin ilk iş günü Azərbaycanda havanın temperaturu nisbətən enəcək

Cəmiyyət Materials 18 Avqust 2013 17:12 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Həftənin ilk iş günü Azərbaycanda havanın temperaturu nisbətən enəcək

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Həftənin ilk iş günü Azərbaycanda havanın temperaturu nisbətən enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 19-da havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bakıda gecə 21-23 dərəcə, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 755 millimetr civə sütunundan 759 millimetr civə sütununa yüksələcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 26-27 dərəcə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28 dərəcə, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da avqustun 19-da hava əsasən yağmursuz olacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir. Dağlarda gecə 14-19 dərəcə, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti