...

İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan qadına hökm oxunub

Cəmiyyət Materials 20 Avqust 2013 11:15 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 avqust /Trend, müxbir A.Məmmədov/

Lənkəran Ağır Cinayətlər Məhkəməsində İrandan Azərbaycana küllü miqdarda narkotik vasitə gətirməkdə ittiham olunan Rəziyyə Qənbərovanın cinayət işi üzrə məhkəmə başa çatıb.

Trend-in məlumatına görə, hakim Mehdixan Abdullayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Rəziyyə Qənbərova 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq), 234.4.3-cü (külli miqdarda narkotik vasitənin qanunsuz əldə olunması, saxlanması və daşınması) maddələri ilə ittiham edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti