...

Orta məktəblərdə İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərə müstəqil qurumlar da cəlb olunacaq

Cəmiyyət Materials 23 Avqust 2013 15:04 (UTC +04:00)
Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərin aparılmasına müstəqil qurumların da cəlb olunması nəzərdə tutulur.
Orta məktəblərdə İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərə müstəqil qurumlar da cəlb olunacaq

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlərin aparılmasına müstəqil qurumların da cəlb olunması nəzərdə tutulur. Bu barədə Trend Təhsil Nazirliyinin məlumatına istinadən bildirir.

Məlumatda qeyd edilir ki, Təhsil Nazirliyi tərəfindən mütamadi olaraq ümumtəhsil məktəblərində İKT-nin tətbiqi vəziyyəti ilə bağlı monitorinqlər həyata keçirilir. Bu sahə üzrə sonuncu monitorinq keçən il aparılıb. Monitorinqin nəticələri ictimaiyyətə təqdim olunub və onun nəticələri üzrə müəyyən olunan problemlər həll edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti