...

Təhsil Nazirliyində bəzi şöbələr ləğv olunub (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 3 Sentyabr 2013 17:43 (UTC +04:00)
Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsi Elm şöbəsi ilə birləşdirilib.
Təhsil Nazirliyində bəzi şöbələr ləğv olunub (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 3 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Təhsil Nazirliyində bəzi şöbələr ləğv olunub və yeni şöbələr yaradılıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, sentyabrın 2-də Təhsil Nazirliyinin Ali və orta ixtisas təhsili şöbəsi Elm şöbəsi ilə birləşdirilib.

Yeni şöbə Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsi adlandırılıb. Şöbəyə rəhbərlik isə əvvəllər nazirliyin Elm şöbəsinin müdiri vəzifəsini icra edən Gültəkin Hüseynovaya həvalə edilib.

Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev isə yeni yaradılan şöbəyə müdir müavini təyin edilib. Yeni şöbənin yaradılması ilə əlaqədar həmin şöbələrin işçilərinin heç biri ixtisar edilməyib. Onlar yeni yaradılan şöbədə əmək fəaliyyətlərini davam etdirəcəklər.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, İctimaiyyətlə əlaqələr şöbəsi isə Ümumi şöbə ilə birləşdirilib. Bundan əlavə, nazirliyin Kənd rayonları üzrə ümumi təhsil şöbəsi ləğv edilib. Onun əvəzində isə yeni şöbə - Məktəbəqədər və ümumi təhsil şöbəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti