...

Odessada "Azərbaycan" parkının təməlqoyma mərasimi keçirilib

Cəmiyyət Materials 4 Sentyabr 2013 14:17 (UTC +04:00)
Ukraynanın Odessa şəhərində Şəhər Gününün qeyd edilməsi çərçivəsində "Azərbaycan" parkının konsepsiyasının təqdimat mərasimi keçirilib.
Odessada "Azərbaycan" parkının təməlqoyma mərasimi keçirilib

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Ukraynanın Odessa şəhərində Şəhər Gününün qeyd edilməsi çərçivəsində "Azərbaycan" parkının konsepsiyasının təqdimat mərasimi keçirilib. "Azərbaycan" parkı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəliyi tərəfindən tikiləcək.

Trend-in Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, mərasimdə Odessanın meri Aleksey Kostusev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, ARDNŞ-nin nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, həmçinin Polşa, Estoniya, Türkiyə və Misirin diplomatik missiyalarının rəhbərləri iştirak ediblər.

Mərasim iştirakçılarını salamlayan Odessa meri bildirib: "Yeni parkın təməlinin qoyulması bizim üçün sevindirici haldır. Əminəm ki, Odessa qısa müddət ərzində böyük çiçəklənən bağa çevriləcək. Parkların yaradılması işində dostlarımız bizə köməyə gəldi. Bu park odessalıların sevimli istirahət yeri olacaq. Güman edirəm ki, "Azərbaycan" parkını Odessanın əsasının qoyulmasının 220-ci illiyində açmağa nail ola biləcəyik".

Yeni parkın ərazisi 2 hektar sahəni əhatə edəcək. Parkın ərazisində ekzotik bitkilər əkiləcək, fəvvarə tikiləcək və Azərbaycanın ab-havasını tam əks etdirəcək arxitektur tikililər ucaldılacaq.

Məraimdə çıxış edən P.Bülbüloğlu deyib: "Azərbaycan Cənubi Qafqaz regionunda ən uğurla inkişaf edən ölkədir. Lakin həmişə digər xalqlara qarşı tolerantlığı ilə seçilib. Gözəl və çoxmillətli şəhər olan Bakıda heç vaxt heç kəsin milli mənsubiyyəti soruşulmayıb. Həmişə insanın yaxşı və ya pis olmasına önəm vermişik. Bu baxımdan bakılılar kimi dəniz sahilində çoxmillətli vahid ailə şəklində yaşayan odessalılara çox bənzəyirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti